Suriya 8 günə 5 generalını itirdi

0
645

 

Suriyada son 8 gün ərzində 5 briqada generalı qətlə yetirilib. Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Teleqram sosial şəbəkəsində “WarJournal” kanalında yer alıb.

Məlumata görə, bazar günü Suriya Quru Qoşunlarının generalı, gepard ləqəbli Heydər Həsən öldürülüb. Onun ölümünə səbəb Suriyanın Xarasta şəhərindəki hərbi bazalardan biri uğrunda döyüşdə ağır yara alması olub. Həsənlə bərabər Xarastadakı döyüşlərdə daha bir general İbrahim Yunus Dabraxa da qətlə yetirilib.

Qeyd edək ki, bir neçə gün öncə də Xarasta şəhərindəki döyüşdə üç general – Həbib Maxres Yunis, Məhəmməd Cenad və Əli Diopa öldürülmüşdü.

 

BIR CAVAB BURAXIN