Stüardessaya təyyarədə evlənmək təklifi edildi və onun başı dərdə düşdü

0
270

Çinin China Eastern Airlines aviakompaniyasının stüardessası təyyarə havada ikən sərnişinlərdən birindən evlənmək barədə təklif alıb.  Medianfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, stüradessanın qarşısında diz çökən sərnişin ona ərə gəlməsini və həyatını onsuz təsəvvür edə bilmədiyini söyləyib. Bu hadisə təyyarədə olanlar tərəfindən  videolentə alınaraq sosial şəbəkələrdə paylanılıb. Bundan xəbər tutan aviakompaniyanın rəhbərliyi stüardessanı işdən azad edib. Buna səbəb kimi isə rəhbərlik stüardessanın bu hərəkətinin təyyarənin təhlükəsizliyini təhlükə altında qoya bilməsi göstərilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × three =