Strasburq qatilinin iki qardaşı həbs edilib

0
236

Strasburq şəhər bazarında insanlara atəş açaraq 4 nəfərin ölümünə, 12 nəfərin isə  yaralanmasına səbəb olan cinayətkarın iki qardaçı həbs edilib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda qardaşlar istintaqa ifadə verirlər. Onların hər ikisinin  cinayətdə əllərinin olub-olmaması araşdırılır. Hadisəni törədən şəxsin, qolundan yaralı 29 yaşlı Şərif Şekatın Almaniyada gizləndiyi ehtimal edilir. Fransanın Antiterror mərkəzi Şərif Şekatın yerinin müəyyən edilərək həbs edilməsi üçün bütün imkanları işə salıb. Belə hesab edilir ki, cinayətkarın qardaşlarının həbsi onun yerinin müəyyən edilməsində müəyyən rol oynayacaq.

Xatırladaq ki, Şekatın açdığı atəş nəticəsində 4 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir.