“Statoil Abşeron” azərbaycanlı işçini məhkəməyə verdi – evinin məcburi satılması tələbi ilə

0
430

“Statoil Abşeron” şirkətinin Azərbaycandakı Nümayəndəliyi yerli işçini məhkəməyə verib. Nümayəndəlik işçinin evinin məcburi satılması, ailə üzvlərinin mənzildən çıxarılması tələbi ilə iddia qaldırıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, şirkət öz əməkdaşlarına kredit verib. “”Statoil Abşeron” öz əməkdaşlarına kredit verib. İşçi şirkətdən götürdüyü kreditlə mənzil alıb. Hazırda o mənzildə 7 nəfərlik ailə qalır. Şirkətlə işçilər arasında bağlanmış müqaviləyə əsasən kredit aylıq əməkhaqqıdan çıxılıb. İşçi indiyədək hər ay 416 manat kredit ödəyib. Krediti ödəməkdə gecikmə olmayıb”, – vəkil izah edib.

“Statoil” Azərbaycandan getməsini əsas gətirərək kreditin birdəfəyə ödənilməsini tələb edir. “Şirkət yerli işçiləri işdən çıxarmayıb. Sadəcə olaraq Azərbaycanı tərk etməsi səbəbindən digər şirkətlə müqavilə bağlanılıb. Mülkiyyətçi dəyişsə də, işçilər işçi eyni vəzifədə, eyni maaşla işini davam etdirirlər. Amma krediti birdəfəyə ödəməyə maddi imkanları yoxdur”.

Mülki mübahisəyə Yasamal Rayon Məhkəməsində baxılacaq. A.Quliyev deyir ki, kreditin verilməsi üçün xüsusi razılıq tələb olunur. “Statoil” şirkətinin kredit verməsi üçün Azərbaycanın dövlət qurumlarından xüsusi razılıq (lisenziya) alıb-almadığını məhkəmədə öyrənəcəklər.

“Xarici neft şirkətlərinin sosial proqramları olur. Guya ki, onlar humanistlik göstərərək işçilərinin problemlərini həll edirlər. “Statoil”in işçilərə kredit verməsi də sosial proqramlardan biridir. Amma görünür ki, belə proqramlar şirkətlərin dünyada humanist qurum kimi tanınmasına hesablanıb. Əks halda işçidən bütün kreditin birdəfəyə ödənilməsini məcbur etmək olmaz. Şirkət Azərbaycandan getsə də, müqaviləyə əməl etməlidir”.

Məhkəməyə verilən işçinin 24 min 500 manat borcu qalıb. Kredit hər ay şirkətin hesabına ödənilir.

Şirkətin Azərbaycan nümayəndəliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ülviyyə

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × one =