Stalin Xruşşovun oğlunu necə öldürtdürür?

0
755
Sovet tarixi hər zaman özünün sirliliyi ilə seçilib. ABŞ-ın SSRİ-ni öyrənmə institutuları nə qədər çalışsalar da, bu qapalı ölkə barəsində istədikləri qədər məlumatları əldə edə bilmədilər.
Maraqlıdır ki, köhnə SSRİ-nin tarixi oxucular üçün, dünyanın bir çox ölkələrindəki intellektuallar üçün məhz bu yönünə görə maraqlı olub.
Arazinfo.com Moderator.az-a istinadən  professor Qəzənfər Kazımovun Stalin və Xruşşovla bağlı maraqlı bir əhvalatını diqqətə çatdırır:
Müharibə zamanı Xruşovun birinci arvadından olan oğlu sərxoş vəziyyətdə öz yavərinin başına araq dolu stəkan qoyub, tapança atəşiylə “igidcəsinə” stəkanı partlatmaqla əylənirdi. Lakin bu “əyləncə” uzun sürmədi, növbəti güllələrdən biri yavərin alından dəydi. Xruşov Stalinin yanına yollanaraq məsələni ona danışır və kömək istəyir.
Stalin uzun müddət susaraq, bəlkə də oğlu baş leytenant Yakovu, cəbhədə döyüşən digər oğlu Vasilini düşünə-düşünə deyir: “Mən bu məsələni bilirəm. Öldürülən atasız böyümüşdü, anasının bircə balası idi. Yaxşı, gəl bir yerdə o ananın yanına üzrxahlığa gedək, o, bağışlasa mən də bağışlaram !”
 Xruşov bundan imtina edir. Bununla belə, oğlu cərimə batalyonuna göndərilməklə canını qurtarır. Lakin elə ilk döyüşdə könüllü əsir düşür və can-başla almanlara xidmət etməyə başlayır. O, hər gün yerli radio ilə çıxış edir, sovet əsgərlərini təslim olmağa çağırırdı. Stalin belorus partizanlarına satqını “oğurlamaq” əmrini verir. Əmr dərhal yerinə yetirilir və Stalinə məlumat verilir. Stalin deyir: “Bildikləri kimi hərəkət etsinlər”. Elə həmin gün yerli partizanlıların qərarı ilə satqın güllələnir.

BIR CAVAB BURAXIN