“Space”dəki qaradərili kimdir? – Telekanaldan AÇIQLAMA

0
594

“Hava proqnozunu təqdim edən əcnəbi xanım Azərbaycanda təhsil alan əcnəbi tələbədir. Özümüz onu telekanala cəlb etmişik. Hesab edirik ki, əcnəbinin Azərbaycanda dilində hava proqnozunu təqdim etməsi orjinallıqdır”.

 

Bunu Publika.az-a açıqlamasında “Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev telekanalın efirində hava proqnozunun əcnəbi xanım tərəfindən təqdim edilməsinə aydınlıq gətirərkən deyib.

 

K.Şahverdiyev əcnəbi xanımın Azərbaycan dilində normal danışa bilməməsi ilə bağlı iradlara da cavab verdi: “O ilk dəfədir efirə çıxıb, yəqin ki, 10 günə daha yaxşı danışa biləcək. Ona Azərbaycan dilini öyrətmək üçün xüsusi müəllim dərs keçir və dili öyrədir. Hesab edirəm ki, indi də dediyi sözlər anlaşılır. Əcnəbi xanımın Azərbaycan dilində danışması dilin bir növ təbliğidir. Bununla da göstəririk ki, bir əcnəbi xanım Azərbaycan dilini necə öyrənə bilir və hətta xəbər də təqdim edir. Xanım Kenya sakinidir, onu özümüz axtarıb tapdıq”.

 

K.Şahverdiyev bundan sonra başqa əcnəbilərin televiziyaya dəvət etməyi hələ ki,planlaşdırmadıqlarını dedi.

 

Qeyd edək ki,“Space” televiziyasında ötən gündən hava proqnozunu əcnəbi qadının, Tendai Sherenin təqdim etməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

 

Gülxar

BIR CAVAB BURAXIN