Soydaşlarımız Azərbaycana təxliyyəsində göstərdiyi əvəzsiz xidmətlərinə görə, məşhur həmyerlimiz Oleq Krapivinə təşəkkür edirlər

0
258

Ukraynada gedən müharibə ilə əlaqədar adı çəkilən ölkədə yaşayan azərbaycanlıların respublikamıza təxliyyəsi davam edir. Bu ağır və olduqca çətin işdə soydaşlarımıza vətənimizə gəlməsində əslən Azərbaycandan olan Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə Azərbaycan çempionu, Kiyev Azərbaycanlıları Konqresinin sədri, sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası Oleq Krapivinin böyük xidmətləri var. Ukrayna ilə Azərbaycan arasında uzun illər ərzində dostluq və qardaşlıq körpüsünün yaradılmasında önəmli rol oynayan Oleq Krapivin soydaşlarımızın hər birinin qayğısı ilə maraqlanır, onların respublikamıza təxliyyəsinin qısa müddətdə həyata keçirilməsi üçün bütün vasitələrdən istifadə edir. Bu günə kimi yüzlərlə azərbaycanlı ailəsi Oleq Krapvinin yardımı ilə qonşu ölkələrə təxliyyə edilərək Azərbaycana göndərilib. Xüsusi ilə uşaqların, qadınların respublikamıza ilk növbədə təxliyyəsini diqqət mərkəzində saxlayan məşhur həmyerlimizin bu əməyi və qayğısı soydaşlarımız tərəfindən məmnunluqla qarşılanır. Onlar soydaşlarımıza göstərdiyi diqqət və qayğıya görə Oleq Krapivinə dərin təşəkkürlərini bildiriblər.

Murad Şahməmmədov

 

 

BIR CAVAB BURAXIN