“Məni Heydər Əliyevlə görüşə aparmadılar” – Brilliantdan qalmaqallı açıqlama

0
624

Xalq artisti Brilliant Dadaşova “Səhər-səhər” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni illər əvvəl başına gələn hadisəni danışıb.

B.Dadaşova xalq artisti Siyavuş Kərimini ona qarşı haqsızlıq etməkdə günahlandırıb. O bildirib ki, S.Kərimi onu ulu öndər Heydər Əliyevlə görüşə aparmayıb:

“Norveç xorunun üzvləri Azərbaycana gəlmişdilər. Kürdəmirdə olan zaman televiziyada mənim çıxışımı dinləmişdilər. Yanlarında gözəl bəstəkar Qalib Məmmədov var idi. Ondan  məni soruşublar. Qabil gəncəli idi, indi Norveçdə çalışır. O, xariciləri mənlə görüşdürmək üçün Rafiq Babayevin studiyasına gətirdi.

1995-1996-cı ildə mənimlə müqavilə imzalandı. Layihənin baş tutmasından bir il əvvəl rəsmi müqavilə bağlandı. Albom hazırlandı. Amma efirdə Rafiq Babayevin studiyasının rəhbəri Siyavuş Kərimi başqa şeylər danışdı. O, söylədi ki, norveçlilər başqa müğənninin səsi eşitdikdən sonra təəssüfləndilər. Dedilər ki, gərək o müğənni ilə çalışardıq.

Siyavuş Kərimi efirdə deyir ki, xaricilər Nazpərini niyə tanımadıqlarını söyləyiblər. Bundan başqa, Allah rəhmət eləsin, Heydər Əliyevlə bu albom barədə görüşümüz olacaqdı. Mən də özəl hazırlaşmışdım, paltar tikdirmişdim. Amma Poladla (keçmiş mədəniyyət və turizm naziri Polad Bülbüloğlu) Siyavuş görüşə getdilər, mənə demədilər”.

Dadaşova üç il sonra həmin xarici vətəndaşların onunla yenidən əlaqə yaratdıqlarını deyib:

“Sözümün canı var. Üç il sonra həmin xaricilər mənə yenə zəng etdilər, dedilər ki, “Nobel” mükafatı ilə bağlı albom hazırlayırıq, sizi də dəvət edirik. Allah var. Şükür ki, Allah hər şeyi qaydasına qoyur. Axı Siyavuş efirdə deyirdi ki, onlar Brilliantla işləməklərinə təəssüfləniblər, Nazpəri ilə çalışmaq istəyirlər. Dünyada haqq, nahaq var”.

Brilliant daha sonra “Bəli, Nazpəri gözəl və ustad müğənnidir. Əlinə mikrofon alsa, aləmi dağıdar” deyə, sözlərinə davam edib.

BIR CAVAB BURAXIN