Şotlandiya yenə də Britaniyadan ayrılmaq istəyir

0
648
epa05845673 (FILE) - A file photograph showing leader of the Scottish National Party (SNP), Nicola Sturgeon reacts at the Emirates Arena in Glasgow, Scotland, Britain, 06 May 2016. Media reports on 13 March 2017 state that Nicola Sturgeon will seek approval for second Scottish Independence referendum. EPA/ROBERT PERRY

Şotlandiyanın birinci naziri Nicola Sturgeon

Şotlandiyanın birinci naziri Nicola Sturgeon

Şotlandiyanın birinci naziri Nicola Sturgeon bəyan edib ki, təkrar müstəqillik referendumunun keçirilməsi üçün regional parlamentin icazəsini alacaq.

O bu qərarını onunla izah edib ki, şotlandların əksəriyyəti Brexit-in əleyhinədir və Britaniya ilə birlikdə Avropa İttifaqını tərk etmək istəmir.

Mövcud qanunlara görə Britaniya hökumətinə referendum keçirmək barədə müraciətdən əvvəl xanım Sturgeon Şotlandiya parlamentinin razılığını almalıdır.

Nicola Sturgeon deyib ki, yeni referendumu 2018-ci ilin payızı ilə 2019-cu ilin yazı arasında keçirmək istərdi.

Şotlandiyada Britaniyanın Avropa İttifaqındakı üzvlüyünə son qoyan referendumun nəticəsi ilə razı deyillər. Şotlandların 62 faizi 2016-cı ilin iyununda keçirilmiş referendumda Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verib.

Ötən sentyabrın əvvəllərində Sturgeon bildirmişdi ki, Şotlandiya hökuməti ikinci müstəqillik referendumunun keçirilməsi üçün lazımi qanunvercilik bazasını hazırlamaqdadır.

2014-cü ilin sentyabrında Şotlandiyada keçirilmiş müstəqllik referendumunda şotlandların 55, 3 faizi Britaniya krallığının tərkibində qalmağa səs vermişdi.

Nicola Sturgeon iddia edir ki, Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı ilə əlaqədar şotlandlar öz təhlükəsizliklərini təmin etməlidirlər.

Şotlandiyanın birinci naziri deyib ki, şotlandların öz gələcəklərini müəyyən etmək hüququ var.

Yeni referendumun keçirilməsi şərtlərini Şotlandiya parlamenti elan etməlidir.

BIR CAVAB BURAXIN