Son müxalif qəzetə basqın: baş redaktor da daxil olmaqla 15 nəfər həbs olundu

0
422

Türkiyədə ana müxalifət partiyası CHP-yə bağlı “Cümhuriyyet” qəzetinin redaksiyasına bu gün səhər saatlarında polis basqını həyata keçirilib.

Qəzetin baş redaktoru Murat Sabuncu da daxil olmaqla 15 əməkdaş həbs edilib. Həbs olunanlar arasında qəzetin yazarları və Cümhuriyyet Vakfı-nın qurucuları da yer alır.

Əməliyyat çərçivəsində jurnalistlərin evlərində də axtarışlar aparılıb. Qəzetin keçmiş baş redaktoru Can Dündar barədə də həbs qərarının çıxarıldığı bildirilir, lakin o, daha əvvəl mühacirətə getdiyi üçün həbsdən xilas olub. Hökumətə yaxın “Sabah” qəzetinin yazdığına görə “Cümhuriyyet” qəzeti haqqında bu ilin avqust ayında cinayət işi başladılıb, qəzet və əməkdaşları FETÖ və PKK lehində fəaliyyətlərdə ittiham olunur.

“Cümhuriyyet” qəzeti Türkiyədə hakim AKP-ni və prezident Ərdoğanı tənqid etməyə cəsarət göstərən sonuncu media orqanı idi.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − ten =