Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb. Ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zəncirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan “Bizə danış” adlı verilişdə ictimaiyyətə açıqlanıb.
Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.
Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.