SMS-lərə cavab verməyən vətəndaş cərimə olunacaq – 100 MANAT

0
644

Mobile-moneyVergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara reaksiya verilməməsi ilə bağlı cəza tətbiq olunacaqAzərbaycan Respublikasının Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-cin ildən qüvvəyə minən dəyişikliklər — vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi — vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil. Bunu Sputnik Azərbaycan-a AR Vergilər Nazirliyindən bildiriblər.

Oxucuların redaksiyamıza etdikləri müraciətlərə cavab olaraq VN-dən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək.

O da məlum olub ki, Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır. VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar. “Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir” — deyə VN-in maliyyə şöbəsindən bildiriblər. Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.

BIR CAVAB BURAXIN