“Siqaretə verilən puldan helikopter ixtira etmişəm”

0
424

 "Siqaretə verilən puldan helikopter ixtira etmişəm" - video + fotolar

 

Qusar rayonu Samur qəsəbə sakini Mirzəxan İmamquluyev 10 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirib.

Axşam.az-ın məlumatına görə, ARB TV-ə müsahibə verən 67 yaşlı sakin bildirib ki, o, uzun müddət siqaret aludəçisi olub. 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.

“10 il ərzində pula qənaət etmişəm. Həmdə ki, sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm”, – deyə Mirzəxan vurğulayıb.

Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Bunun üçün lazım olan avadanlıqlar isə ölkəmizdə yoxdur.

Mirzəxan İmamquluyevin ixtiraları bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.

Qəhrəmanı daha bir texnikanın üzərində çalışır. Həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 2 =