Senatorlar Rusiya sanksiyalarının ləğvini çətinləşdirirlər Fevral 09, 2017

0
690

Senator Ben Cardin bildirir ki, yeni qanunun qəbul ediləcəyinə inanır

Senator Ben Cardin bildirir ki, yeni qanunun qəbul ediləcəyinə inanır

Bir qrup ABŞ senatoru Donald Trump-ın administrasiyasının Rusiya üzərinə Ukrayanaya görə qoyulmuş sanksiyalarıın qaldırılması üçün hər hansı cəhdinin qarşısının alınması məqsədilə qanun layihəsi təkılif edib.

Rusiya Sanksiyalarına Baxılması (Russia Sanctions Review Act) haqqında qanun layihəsini dəstəkləyənlərin arasında həm democrat, həm də respublikaçı senatorlar var və bu qanunun qəbul edilməsi təşəbbüsü Konqresin Trump administrasiyasının Rusiya siyasətindən narahatlığını nümayiş etdirir.

Trump dəfələrlə işarə edib ki, Rusiya ilə Suriyada terrorçulara qarşı mübarizə kimi sahələrdə daha çox əməkdaşlığa can atacaq.Üstəlik, onun administrasiyası Ukrayna və başqa məsələlər barədə əvvəlki administrasiyanın siyasətinə zidd və Moskvanın mövqeyi ilə daha çox səsləşən bəyanatlar verib.

Senatorlar, respublikaçı Lindsey Graham və demokrat Ben Cardin tərəfindən də dəstəklənən bu qanun layihəsi Trump administrasiyasının Rusiya üzərindəki sanksiyaları qaldımağa yönəlmiş hər hansı bir addımının konqres tərəfinfən dayandırılması və konqresə buna veto qoyulması hüququnun verilməsini nəzərdə tutur.

“Rusiya Sanksiyalarına Baxılması haqqında qanunvericilik təşəbbüsünə səbəb odur ki, biz prezidentin sanksiyaları azaldacağı və ləğv edəcəyi barədə dediklərini dəfələtrlə eşitmişik” – deyib senator Cardin fevralın 8-də.

Onun sözlərin görə bu qanun, “prezident geniş dəstək və anlaşma olmadan siyasətimizi dəyişmək istədiyi hallarda konqresin hərəkətə keçməsinə imkan yaradır”.

Qanun layihəsinin irəli sürülməsində senatorlar, respublikaçılar John McCain, Marco Rubio və demokratlar Claire McCaskill və Sherrod Brown da iştirak ediblər.

Trump-dan əvvəlki prezident Obama Moskva Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra Rusiyanın bir sıra yüksək vəzifəli rəsmilərinin aktivlərini dondurub, özlərinə isə viza qadağanı qoyub.

Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqı bildirirlər ki, Rusiya həm də Ukraynanın şərqində Kiyevə qarşı döyüşən separatçıları dəstəkləyir.

Ukraynanın Donbas vilayətində davam edən münaqişədə indiyədək 9750 nəfər həlak olub.

Senator MaCain deyib ki, yeni qanuna görə sanksiyaların yumşaldılması Moskvaya yanlış mesaj verə bilərdi, çünki “Vladimir Putin öz vətənfdaşlarına zülm etməkdə, siyasi opponentlərini məhv etməkdə, qonşu ölkələrə soxulmaqda davam edib və ABŞ seçkisini təsirləndirmək üçün müdaxilə edib”.

Senator vurğulayıb ki, konqres Rusiyanı onun beynəlxaql qanunları pozduğuna və ABŞ təsisatlarına kiberhücumuna görə məsul tutmaqda davam etməlidir.

Yeri gəlmişkən Moskva senator McCain-i heç bir əsas olmadan antirusiya hay-küyü yaratmaqda ittiham edib.

Senator Cardin isə deyib ki, sözü gedən qanunvericilik aktı 2015-ci il İran Nüvə Sazişinə Baxlması haqqında qanunun modeli əsasında tərtib edilib. Həmin qanun konqresə İrana dair qərarların qəbulu zamanı öz sözünü demək imkanı verir.

BIR CAVAB BURAXIN