SANKSİYALAR PUTİNİ KÜNCƏ SIXIR – Yaponiya köməyə gəlir…

0
537
Prime Minister Vladimir Putin looks on during a meet with supporters in Moscow on Decemeber 1, 2011. Russia's parliamentary election campaign entered today its penultimate day with accusations swirling of serial violations and the ruling party so confident of victory it largely eschewed campaigning. An official from the prosecutors' office handed over a decree launching a probe into "breaches of the rules of campaigning," an administrative offence, Andrei Buzin, head of election monitoring at Golos told AFP. AFP PHOTO / POOL / ALEXANDER ZEMLIANICHENKO (Photo credit should read ALEXANDER ZEMLIANICHENKO/AFP/Getty Images)

Rusiya Krımı ilhaq etdikdən sonra ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalar Moskvaya hiss ediləcək səviyyədə zərbələr vurub. Bu sanksiyalar nəticəsində Rusiyanın əsas dövlət bankları və şirkətlərinin kredit almalarına sərt məhdudiyyətlər tətbiq olunub və həmçinin də xeyli sayda məmurun, neft və qaz sənayesi, eləcədə enerji şirkətlərinin menecerlərinin adı “qara siyahı”ya salınıb. Tətbiq edilmiş sanksiyaların obyekti üç dövlət neft şirkəti – “Rosneft”, ”Transneft” və “Qazprom”un bölməsi olan “Qazprom-neft”i əhatə edir.

Rusiya banklarının və “Qazprom” şirkətinin Amerikan dolları ilə uzun müddətə maliyyələşdirilməsi imkanları da əhəmiyyətli dərəcədə əngəllənib.

Birləşmiş Ştatlar və Avropa Birliyi tərəfindən görülən tədbirlər nəticəsində Arktikada neft hasilatı ilə məşğul olan Rusiya dövlət neft şirkətləri üçün nəzərdə tutulmuş texnologiya və xidmətlərin idxalının qadağan edilməsi, vəziyyətin çətinliyini daha da dərinləşdirib. Rusiya dövlət şirkətləri dərin özüllü yataqlardan ənənəvi olmayan metodlarla neft və təbii qaz çıxarırlar.

Bu ilin aprelində Rusiyanın müstəqil “Lukoyl” və “Novatek” enerji şirkətləri Hyustonda keçirilən enerji konfransında bildiriblər ki, onlar tətbiq olunan sansiyaların neştərini hiss edirlər. “Lukoyl”-un prezidenti Vahid Ələkbərov deyib: ”Biz sanksyaların təsirini hiss edirik, amma Rusiya və enerji sektorunun buna uyğunlaşması üçün bir qədər vaxt lazımdır”.

– Sanksiyalar Putin üçün mühüm əhəmiyyət daşıyan Arktik layihəsinə təhlükə törədir

Qərb sanksiyaları neştərinin daha bir qurbanı Vladimir Putin üçün əhəmiyyət daşıyan böyük miqyaslı sıxılmış təbii qaz (STQ) zavodudur. Havanın temperaturunun 50 dərəcə aşağı düşdüyü Yamal yarımadasında tikilməsi gözlənilən bu zavoda 27 milyard dollar sərf olunması nəzərdə tutulur.

“Novatek” şirkətinin nümayəndələri hələ 2014-cü ildə etiraf etmişdilər ki, Qərb sanksiyaları zavodun tikilib istifadəyə verilmə vaxtının təxirə salınmasına səbəb olub.

Amma keçən həftə üfüqdə əlavə köməkçi peyda olub. Yaponiyanın beynəlxalq əməkdaşıq bankı (JBIC-Japan Bank for İnternational Coorperation) bildirib ki, onlar Yamaladakı təbii sıxılmış qaz zavodunun tikintisi layihəsini maliyyələşdirmək üçün 400 milyon dollar təqdim edə bilərlər. Yaponiya sıxılmış qazın dünyadakı ən böyük ixracatçısıdır.

Bankın icraçı direktoru Tadaşı Maedo məsələ ilə əlaqədar deyib: ”Biz “Yamal STQ” layihəsi üzrə iştirakımızla əlaqədar olan bütün işləri, demək olar ki, qurtarmışıq və bir müddətdən sonra isə “Arktika STQ” layihəsindəki iştirakımızın mümkünlüyü ilə bağlı məsələnin öyrənilməsinə keçəcəyik”.

“Novatek” şirkətinin icraçı sədri Leonid Mixelson bildirib ki, bu layihənin sərmayə qoyuluşunun həcmi artıq 18,5 milyard təşkil edir, amma hal-hazırda bu zavodun ilk növbəsi 76 %, ümüumi layihə isə 60% hazırdır.

Ancaq Mixelson iri miqyaslı layihənin tam şəkildə maliyyələşdirilməsi üçün yerdə qalan 9 milyard dolların əldə edilməsinin nə qədər mürəkkəb olması barəsində heç nə deməyib. “Novatek” şirkətinin nümayəndələrinin sözlərinə görə, şirkət 2022-ci ildə sıxılmış qaz istehsalına başayacaq yeni zavodun layihəsi üçün özünə tərəfdaşlar seçməkdə tələsmir.

– Sanksiyalar nə vaxt götürüləcək?

Bununla bağlı belə bir sual meydana gəlir: Bəs, Qərb nə vaxt Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları götürmək niyyətindədir? Ondan başlayaq ki, Vladimir Putin sanksiyaların götürülməsinə nail olmaq istəyir. Lakin o bunun üçün kifayət qədər səy göstərmir.

İyun ayının sonunda Putin bu istiqamətdəki kampaniyasını aktivləşdirərək, Avropa Birliyini sanksiyaların uzadılmasından əl çəkməyə məcbur etməyə cəhd göstərib. Ancaq onun səyləri nəticəsiz qalıb. Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar 31 yanvar 2017-ci ilədək qüvvədədir. Sonradan bu məsələ yenidən müzakirə ediləcək.

Keçən həftə ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əvvəllər anti-Rusiya cəza tədbirləri cərgəsinə düşməyən bir sıra yeni sanksiyalar tərbiq edib. Yeni sanksiyalar Rusiya qoşunları Ukrayna sərhəddinə cəmləşdirilən və orada hərbi təlimlər keçən anlarda tətbiq olunub. Bəzi analitiklər belə güman edirlər ki, Rusiyanın Ukraynaya qarşı daha genişmiqyaslı müdaxiləsi mümkündür.

Əlbəttə ki, sanksiyaların götürülməsinə aparan yol, Rusiyanın öz geosiyasi ambisiyalarından və xüsusən də Krım və Ukrayna siyasətindən əl çəkməsindən ibarətdir. Ancaq maliyyə çətinliyinə baxmayaraq, hələlik Putin öz mövqeyini dəyişmir.

(“Forbes”-ABŞ)

BIR CAVAB BURAXIN