Salyanda 45 yaşlı kişi itkin düşdü

0
672

Salyanda 45 yaşlı kişi itkin düşdü
Salyan rayonunda 45 yaşlı kişi evdən çıxaraq geri qayıtmayıb.

Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, iki övlad atası olan Vüqar Məhərrəm oğlu Məhərrəmov bu il noyabrın 26 da işləmək adı ilə qonşu Yenikənd kəndinə gedərək bir daha geri qayıtmayıb. Doğmalarının dediyinə görə, o gündən bir aydan çox vaxt keçməsinə baxmayaraq V.Məhərrəmovdan bir xəbər tuta bilməyiblər.

Vüqar Məhərrəmovun itkin düşməsi barədə artıq Salyan Rayon Polis Şöbəsinə məlumat verilib. Report

BIR CAVAB BURAXIN