Şahmat Olimpiadasının qalibləri müəyyənləşdi

0
570

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun oyunları baş tutub. Sonuncu 11-ci turda kişilərin yarışlarında Azərbaycanın birinci kişilərdən ibarət əsas yığmamız Türkmənistan millisi ilə münasibətləri ayırd edib.
Azərbaycanın ikinci komandası Boliviya, üçüncü yığması isə Albaniya ilə üz-üzə gəlib.
Qadınlardan ibarət şahmatçılarımız da son turun görüşlərini keçiriblər. Olimpiadada iştirak edən millilərimiz müvafiq olaraq Malayziya, İran və Makedoniya qrossmeysterləri ilə qarşılaşıblar. Qadınlardan ibarət birinci komandamız yarışı 8-ci pillədə başa çatdırıb.

Bakı Şahmat Olimpiadası
X tur

Kişilər

Turnir cədvəli: 1. ABŞ – 20 xal; 2.Ukrayna – 20; 3. Rusiya – 18; …12. Azərbaycan-1 – 15; …26. Azərbaycan-2 – 14, …49. Azərbaycan-3 – 13.

Qadınlar

Turnir cədvəli: 1. Çin – 20 xal; 2. Polşa – 17; 3. Ukrayna – 17; …8. Azərbaycan-1 – 16, …30. Azərbaycan-2 – 13; …32. Azərbaycan-3 – 13.

BIR CAVAB BURAXIN