Sabahdan hava mülayimləşəcək

0
576
 

Sabahdan hava mülayimləşəcək. Ölkə ərazisində müşahidə olunan çovğunun bu gün axşam saatlarına qədər davam edəcəyi gözlənilir.

Bunu virtualaz.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin director müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün gecə saatlarından başlayaraq ölkə ərazisində əsən qərb küləyi mülayimləşəcək.

“Əvvəldən xəbər verdiyimiz kimi ölkə ərazisində hava dekabrın 14-dən etibarən dəyişib. Hazırda şimal-qərb küləyi əsir, paytaxtda və bəzi rayonlarda yağıntılı hava müşahidə olunur. Lakin bu gün gecə saatlarından etibarən havanın tədricən mülayimləşəcəyi gözlənilir. Sabah da ölkə ərazisində mülayim hava müşahidə olunacaq”.

G.Məmmədova həmçinin qeyd edib ki, bu gecə ölkə ərazisində 1-4 dərəcə şaxta, sabah isə 1-4 dərəcə isti müşahidə olunacaq.

Qeyd edək ki, dekabrın 14-dən 15-ə keçən gecə Azərbaycanın rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, çovğun olacağı ilə bağlı məlumat verilmişdi.

Gülnar

Virtualaz.org

BIR CAVAB BURAXIN