Sabahdan bu marşrutlarda nağd ödəniş olmayacaq

0
625

Bakı şəhərində ictimai nəqliyyatda sərnişin axınının tənzimləməsi, habelə sərnişinlərin hərəkətinin rahat təşkil edilməsi məqsədilə sentyabrın 1-dən etibarən bir sıra marşrut xətlərində ödəniş haqqı vahid kartla yerinə yetiriləcək.

Bunu “Report”a “Xaliq Faiqoğlu” MMC-dən bildiriblər.

Məlumata görə, sabahdan etibarən şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xəttlərində “Bakı Kart” sisteminə keçidlə əlaqədar nağd ödənişlər qəbul olunmayacaq. “Bu məqsədlə şirkət rəhbərliyi vətəndaşlardan “Bakı Kart” ödəniş kartlarını əldə etməsini xahiş edir”, – məlumatda qeyd edilib.

BIR CAVAB BURAXIN