Sabah Trampı böyük qalmaqal gözləyir – Amerika qarışa bilər

0
369

Sabah Trampı böyük qalmaqal gözləyir

Siyasi şərhçi Şahin Cəfərli sabah Amerikanın da siyasi arenasının qarışa biləcəyindən yazıb.

Şərhçi sosial şəbəkədə bildirib ki, FBİ-ın keçmiş direktoru Komi (Comey) sabah Senatda ifadə verəcək (əvvəl media üçün açıq, sonra qapalı) : “

Əgər Komi Trampın Rusiya ilə bağlı təhqiqata mane olmağa çalışdığı barədə yayılan xəbərləri təsdiqləyərsə, böyük siyasi qalmaqal başlayacaq. Bu halda impiçment tələbləri və çağırışları güclənəcək, respublikaçıların Trampı müdafiə etməsi çətinləşəcək.

Ağ Ev hazırda xüsusi prokuror Müllerin apardığı Rusiya təhqiqatı ilə əlaqədar Trampa vəkil(lər) axtarır. Ağ Evin müraciət etdiyi 4 nüfuzlu hüquq firması prezidentlə çalışmaqdan imtina edib. Hüquq firmaları bildiriblər ki, əvvəla, Trampı müdafiə etmək onların imicini korlaya bilər, ikincisi də, Tramp məsləhətə qulaq asan deyil, “Twitter”də hər gün ağzına gələni yazır”.Qafqazinfo

Günel Türksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 + sixteen =