Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış gözlənilir

0
333

İyunun 17-də Bakıda və Abşeron yarımadasında buludlu havaşəraitinin üstünlük təşkil edəcəyi,  əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam əsasən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı  gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.  Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 1 =