Sərxoş polkovnik taksi sürücüsünü əzişdirib

0
659

Rusiyada cəzaların icrasına nəzarət üzrə Federal Xidmətin (FSİN) bu xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üzrə İnstitutunun direktor müavini, daxili xidmət polkovniki İvan Bıkov yaxşıca yeyib-içdikdən sonra onu mənzil başına aparan taksi sürücüsünü əzişdirib. Nəticədə iş FSİN rəhbərliyinə qədər gedib çıxıb, bunu gərən polkovnik və onun rəisi-institutun direktoru general-mayor Sergey Yemelyanov fevralın 5-dən qəfil “xəstələniblər”. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, hadisə ötən həftə Sankt-Peterburqda baş verib.

Belə ki, restorandan sərxoş vəziyyətdə çıxan polkovnik Bıkovu dostları taksiyə əyləşdiriblər və sürücüdən onu evə aparmasını xahiş ediblər. Lakin yolun çox hissəsini mürgüləyən polkovnik özü ünvanı dəyişdirib. Sürücüdən onu iş yerinə aparmağı tələb edib. Mənzil başına çatan polkovnik gözlənilmədən sürücünü təhqir etməyə başlayıb. Onun NTV telekanalının müxbiri, ya da xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deyərək döyüb. Çoxsaylı xəsarətlər və ağır kəllə-beyin travması alan sürücü xəstəxanaya yerləşdirilib. “Qazel” markaı avtomaşınla hadisə yerinə gələn FSİN əməkdaşları polkovniki güclə sakitləşdiriblər.

Hadisədən sonra polkovnik və onun rəisi xəstəlik bülleteni götürüblər. Bildirilir ki, FSİN rəhbərliyi onları bərk danlayıb. Mətbuatın yazdığına görə, polkovnik Bıkov və onun rəisi general Yemelyanov xoşagəlməz davranışlarıyla seçiliblər. Onların “sağaldıqdan”sonra tutduqları vəzifədən kənarlaşdırılacaqları ehtimal olunur.

BIR CAVAB BURAXIN