Sərnişin pilot kabinəsinə soxulmaq istəyib

0
295

Sentyabrın 2-də ruhi pozuntudan əziyyət çəkən sərnişin zor gücünə təyyarə pilotlarının kabinəsinə daxil olmağa cəhd edib. Hadisə Səudiyyə Ərəbistanından Misirə uçan “Kayroeyr” aviaşirkətinin (Misir) təyyarəsində baş verib.

 

Misirin “Əl-Əhram” qəzeti Mülki Müdafiə Nazirliyindəki mənbələrə istinadla xəbər verir ki, təyyarənin pilotu sərnişinlərdən birinin qeyri-adekvat davranışı barədə yer xidmətlərinə məlumat verib. Bundan sonra İsgəndəriyyədəki Borq əl-Ərəb aeroportunda bütün lazımi təhlükəsizlik tədbirləri görülüb. Təyyarə endikdən sonra həmin sərnişin dərhal polis tərəfindən həbs edilib.

 

Bildirilir ki, tibbi müayinə nəticəsində saxlanılan şəxsin xroniki ruhi pozuntudan əziyyət çəkdiyi aydın olub. Həkimlər müəyyən edib ki, arabir pozuntuları kəskinləşən bu şəxs özünə nəzarəti itirir. Onun təyyarədəki anormal davranışı da bununla bağlıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + eight =