Şəhriyar Məmmədyarov vahid lider oldu

0
607
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirində vahid liderə çevrilib.

O, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən turnirinin 6-cı turu çərçivəsində hindistanlı Adhiban Başkaranı üstələyib – 1:0.

Nəticədə Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 – 4-cü yerləri bölüşdürür.

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.

Ölkə.Az

BIR CAVAB BURAXIN