Azərbaycan Türkiyədən möhtəşəm silahlar alır

0
569

Azərbaycan Türkiyədən tank əleyhinə raket qurğuları almağa hazırlaşır.

 

Trend-in məlumatına görə, bununla bağlı Türkiyənin “Roketsan” şirkəti ilə danışıqlar aparılır.

 

Şirkət ADEX-2016 müdafiə sərgisində tank əleyhinə raket kompleksi nümayiş etdirib.

 

Raket kompleksi orta və uzun mənzillidir. Orta mənzilli hədəf nöqtəsi 2000-4000 metr, uzaq mənzilli nöqtə isə 5000-8000 metrdir. Qurğu 4 raketdən ibarətdir. Qurğunun hərəkətdə olarkən hədəfləri müəyyən etmə qabiliyyəti var. Kompleks 360 dərəcə fırlanır. Gecə-gündüz müşahidə eləmək və hədəf seçmə kameraları var. Qurğunun hərəkət maşını təkərli və tırtıllıdır.

BIR CAVAB BURAXIN