Şəbnəm Tovuzlu intim fotolarından danışdı: “Ərim maraqlanmır”

0
770

“Həmin şəkli ya telefonundan götürüblər, ya da özü verib”
Lent.az-ın ARB-yə istinadən məlumatına görə, bunu müğənni Şəbnəm Tovuzlu olub.

Yeni doğulan körpəsinin üzünü tamaşaçılardan gizlədən müğənni, övladının atasına bənzədiyini qəbul etsə də, hələ uzun müddət oğlunun üzünü gizli saxlayacağını söyləyib:

“Atasına bənzəyib bənzəməməsini sən gördün. Bizi tanıyanlar bilir ki, bənzəyir. Bir dənə üst dodağı mənə oxşayır. Övladımın üzünü göstərmək istəmirik. Son zamanlar görürsünüz ki, heç qızımın da şəkini istəmirəm paylaşsınlar”.

Başım bəlalıdır. “Əysim” tüstülüdür. Bir şey olan kimi Şəbnəm, Şəbnəm. Bəsdir artıq. Bu Şəbnəm öz həyatını yaşayır. Dəyib dolaşmasalar, daha yaxşı olar”.

Şəbnəm çəkiliş zamanı evinə dəvət etdiyi qonaqlardan da danışıb:

“Mənə yaxın olan sənət dostlarım, sırf xanımlar bu gün qonağımdır. Haradasa 20 nəfər varıq. Qonaqlarımızın yolunu gözləyirik. Ürəyimiz istəyən kimi də qeyd edə bilərdik. Ancaq ailə içərisində etməyi məsləhət bildik. Uşaq hələ körpədir. Hələ heç nə anlamır. Əgər bunu özümüz üçün ediriksə, onsuz da hər gün şənlikdəyik. Kiçik toyunda böyük məclis təşkil edəcəyik.”

Müğənni daha sonra övladı ilə toy məclislərini bir arada tutmağın çətinlik yaradıb yaratmamasından da söz açıb:

“Mən artıq bütöv el şənliklərinə də getmirəm. Yarım saat, bir saat gedirəm oxuyub gəlirəm. Uşağın rejimi var. Yemək yeyir yatır. Həmin müddətdə toyum olanda gedib oxuyub gəlirəm. Anasız qoymuram. Bütün günü yanındayam”.

Nədənsə müğənninin övladı doğulan ərəfədə onun suyunu bulandırmağa çalışdılar:

“Mənim üçün olanların heç bir əhəmiyyəti yoxdur. Sadəcə könül bulandırırlar. Xoşbəxt həyatımızı yaşayırıq. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Kimdirsə yəqin onun həyatı bərbad haldadır. İstəyir ki, xoşbəxt olan adamı da öz yanına çəksin”.

 

 

Hər şeyin keçmişdə qaldığını və əsas odur ki, indi həyat yoldaşı qarşısında heç bir səhvinin olmadığını deyən müğənni ərinin hər zaman ona dəstək olduğunu söyləyib:

“Biz ailə olmuşuq, ayrılmışıq, şəkildir. Kimsə həmin şəkli o şəxsin telefonundan da götürə bilər, özü də verə bilər. Bəlkə də, bu, mənim xoşbəxtliyimi həzm etməməkdir. Ancaq hər kəsə səbir diləyirəm. Mənim indi həyat yoldaşımın yanında bir səhvim olmayıb ki? Ola da bilməz. Keçmiş həyat yoldaşım olub. Belə bir hərəkət edib. Tədbir görülər. Mənim həyat yoldaşım keçmiş məsələlərlə maraqlanan insan deyil.  Əslində hər zaman mənim arxamdadır, mənə dəstəkdir”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BIR CAVAB BURAXIN