RUSİYANIN QORXU SAÇAN YENİ RAKETİ – Amerikanın istənilən nöqtəsini vura biləcəklər!

0
740

Sarmat” Rusiyanın beşinci nəsil raket kompleksidir və hazırda yığılma mərhələsindədir. İlk sınağın 2016-cı ilin üçüncü rübündə həyata keçirilməsi nəzərdə tutulub. Bu silahın yerləşdirilməsi prosesi 2018-2020-ci illərdə baş verəcək. ”Sarmat” kompleksi Rusiyanın strateji nüvə arsenalının əsasına çevriləcək və XX əsrdə döyüş cərgəsinə alınmış “CC-18 Voyevoda” komlekslərini əvəz edəcək. Sarmat nədir? Onun unikallığı nədən ibarətdir? Çinin “The Paper” nəşri bunları aydınlaşdırmaq üçün raket qoşunları hərbi institutunun mütəxəssisi Çu Fuxaya müraciət edib. Onunla söhbəti təqdim edirik.

– İki kəlimə ilə “Sarmat”ın hansı tip silaha aid olmasını söyləyə bilərsinizmi?

– Bu, sonuncu nəsil raket kompleksidir və dünyadakı iki pilləli maye (duru) yanacaqlı ən böyük qitələrarası ballistik raketdir. “Sarmat” – Rusiya Federasiyasının hazıladığı yeni beşinci nəsil qitələrarası raket kompleksidir. Onun rəsmi adı ”PC-28”-dir. ”Sarmat” mərmisinin uçuş trayektoriyasında yeni inersial idarəetmə sistemi və ikiqat tuşlama korreksiyasından istifadə olunur. Ulduzlara və Yerin süni peyklərinə uyğunlaşdırılmış naviqasiyanın köməyi vurulacaq zərbənin dəqiqliyinə təminat verir. Raketin maksimal uçuş məsafəsi 16 min kilometrdir. Yəni raket Şimal və ya Cənub qütbünü keçməklə Yer kürəsinin istənilən hədəfinə çata bilir. Bu idarəolunan mərmilər sinfindən “çar-raketdir”
“Sarmat” şaxta sistemində bazalaşdırılır. Raketin start vəziyyətindəki çəkisi 100 tondan artıqdır, baş hissəsinin çəkisi isə 10 tondur. ”Sarmat” “Enerqomaş” elmi-istehsalat birliyində yaradılıb və maye yanacaqla işləyən yeni mühərikklə təchiz olunub. Əlavə edim ki, ”Sarmat” hal-hazırda dünyadakı ən gülü nüvə raketidir. Onun uzunluğu 35 metrdir və o bir-birindən ayrılaraq manevr edən 10-15 döyüş başlığı daşıya bilir.

– Hesab olunur ki,”Sarmat” ən yaxşı Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərindən yan keçə bilir. Siz bu haqda nə deyə bilərsiniz?

— “Sarmat” ən müasir Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sitemlərindən yan keçə biləcək səviyyədə konstruksiya olunub. Müəyyən edilmiş trayektoriyanın seçimindən sonra raket Cənub qütbünü keçərək, əvvəldən nəzərdə tutulmuş marşrut üzrə uçur. Raketin korpusundan 10-15 döyüş başlığı elementləri ayrılır və onların hər biri müstəqil şəkildə uçuşlarını davam etdirirlər. Düşmən müdafiəsinin işini çətinləşdirmək üçün eyni zamanda müxtəlif istiqamətlərdən hücum etmək olar.
Rusiya “Sarmat”ı iki məqsəd yerinə yetirən strateji raket adlandırır. Zərbənin haraya vurulacağından asılı olaraq, bu və ya digər konstruktor qərarlarından istifadə edilir. Daha doğrusu, bu, qlobal sistem təhlükəsinə qarşı simmetrik cavabdır. ABŞ-a tuşlanan raketin start çəkisi 150-200 ton, uçuş məsafəsi 16 min kilometr, daşıdığı silah yükü – 10 tondur. Qərbi Avropa ölkələrinə hədəflənən mərminin uçuş məsafəsi 9 min kilometr, start kütləsi – 100-120 tondur.

– Belə qəbul olunur ki, bərk yanacaqlı raket mühərrikləri maye yanacaqlı mühərriklərdən daha yaxşıdır. Əgər belədirsə, bəs onda ruslar nə üçün yenidən təhqiqat aparırlar?

– Bu cür raketlərin hazırlanmasında Rusiya qabaqcıl texnologiyalardan istifadə təcrübəsi qazanıb. Hətta bərk yanacaqlı strateji mərmilərin yeni tipinin hazırlanması zamanı da, ənənəvi maye yanacağın texniki üstünlüklərini yaddan çıxarmaq olmaz. Maye yanacaqlı raketlərin başlıca xüsusiyyəti nisbətən daha etibarlı olması və dağıdıcılıq gücünün böyüklüyüdür. Ümimiyyətlə, əgər nüvə silahlarının döyüşündə həm bərk, həm də maye yanacaqlı mərmilərdən istifadə olunursa, onda üstünlük əsasən bərk yanacaqlı silahlara verilir. Maye yanacaqlı “CC-18” və “CC-19” raketləri döyüş cərgəsindən qaldırıldıqdan sonra Rusiyanın ixtiyarında yalnız şaxta kompleksində bazalaşdırılan “Topol M” qalır ki, bu da qabaqlayıcı zərbələr vurulmasında çətinliklər yaradır. Maye yanacaqlı yeni strateji raketlər şaxtada bazalaşdırılmış silah arsenalını tamamlayacaq və həm bərk, həm də maye yanacaqlı raketlərin birgə şəkildə istifadəsində uyğunluq gətirəcək. Starteji Təyinatlı Raket Qoşunlarının baş ştabının keçmiş komandanı, general-polkovnik Viktor Yesin izah edir ki, Amerikanın Raket Əleyhinə Müdafiə sistemlərinə qarşı dura biləcək Rusiyanın maye yanacaqlı silahlarının yeni tiplərinin yerləşdirlməsi məsələsi üzərində işlər mütləq görülməlidir.

– Rusiyanın ən güclü raket qurğusu harada yerləşdiriləcək? Bu kompleks Rusiyanın nüvə arsenalında hansı rolu oynayacaq?

– Rusiya KİV-lərin məlumatına görə, 2018-ci ilin sonunda bu komlekslərin kütləvi yerləşdirilməsinə başlanılacaq. Belə güman edilir ki, onların hamısı Sibirin mərkəzi hissəsindəki Ujur şəhərində və Orenburq vilayətinin Dombrovski qəsəbəsində dislokasiya ediləcək.

– Keçən ilin sonunda Rusiya prezidenti Putin “Milli təhlükəsizlik strategiyası 2020” fərmanını imzalayıb və burada ABŞ təhlükələrdən biri adlandırılıb. Belə güman olunur ki, “Sarmat” əks zərbə üçün lazımdır.

– Rusiya “Sarmat” raketlərini Rusiya ilə ABŞ arasındakı strateji pariteti saxlamaq və öz təhlükəsizliyini təmin etməkdən ötrü hazırlayır. Hazırda döyüş cərgəsində olan “CC-25”, ”CC-18”, ”CC-19” raketləri öz istifadə müddətlərini demək olar ki, artıq çoxdan başa vurublar. Onlar köhnəliblər. Ona görə də məhdud maliyyə vəsaiti ilə Rusiya “CC-18” raketlərinin infrastrukturunu, buraxılış şaxtalarını, komanda məntəqlərini tamamilə yenidən fəaliyyətə gətirməli və Qitələrarası Ballistik Raketlərin (QBR) inkişaf arsenalını sürətləndirməlidir. Yəni, ”Sarmat” hal-hazırda Rusiya Federasiyasının təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Tərcümə: “AzPolitika”nındır

BIR CAVAB BURAXIN