Rusiyanın ən varlı qadınları – SİYAHI

0
692

“Forbes” jurnalı Rusiyanın ən zəngin qadınlarının reytinqini dərc edib.

 

Publika.az xəbər verir ki, siyahının 25 iştirakçısının ümumi sərvəti 5,8 milyard dollara çatır.

 

Bu, əvvəlki illə müqayisədə 100 milyon dollar daha çoxdur. “Inteco Management” şirkətinin başçısı, Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı Yelena Baturin növbəti dəfə reytinqə başçılıq edib. Onun sərvəti 1,1 milyard dollardır.

 

İlk onluğa milyarderlərin keçmiş həyat yoldaşları düşüb: Dmitri Rıbolovlevin keçmiş arvadı Yelena (600 milyon dollar, ikinci yer) və milyarder Roman Abramoviç keçmiş arvadı İrina (300 milyon dollar, altıncı yer).

 

“Top-10”luqda həmçinin “Wildberries” internet mağazasının banisi Tatyana Bakalçuk (500 milyon dollar, üçüncü yer), “Proqres-Kapital” investisiya şirkətinin direktorlar şurasının üzvü Olqa Belyavseva (400 milyon dollar, dördüncü yer), “Birlik” şirkətlər qrupunun sahibi Natalya Lusenko (325 milyon, beşinci yer ) yer alıb.

 

Yeddinci yerdə Andrey Quryev xeyriyyəçilik fondunun İdarə Heyətinin üzvü Yevgeniya Quryeva (260 milyon dollar), səkkizinci yerdə tennisçi Mariya Şarapova, doqquzuncu yerdə “InfoWatch”şirkətinin baş direktoru Natalya Kasperski (190 milyon dollar) qərarlaşıb.

 

“Sibir” və “Qlobus” aviaşirkətlərinin əsas sahibi Natalya Filev ilk onluğa tamamlayır. Onun da sərvəti 190 milyon dollar qiymətləndirilir.

 

BIR CAVAB BURAXIN