Rusiyalı komandir Ermənistanda nikah evinə basqın edib

0
474
Ötən gün Ermənistanın Gümrü şəhərinin Muş kəndindəki “Dvin” nikah salonuna basqın edilib.

AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə yerinə gələn Gümrü və Muş polisi 26 yaşlı Rusiya vətəndaşı Vasili İçetovkinin nikah salonunun qapılarını, içəridəki bütün əşyaları, o cümlədən kondisioneri, bahalı vazaları, qapı şüşələrini qırdığını aşkarlayıb.

Törətdiyi əmələ görə polis İçetovkini həbs edib. Ekspertiza zamanı rus vətəndaşının içkili halda olduğu və Gümrüdəki 102 saylı rus hərbi bazasında tağım komandiri vəzifəsini icra edən kiçik çavuş olduğu aydınlaşıb.

BIR CAVAB BURAXIN