Rusiyadan silah alanlar ABŞ-ın sanksiyalarına məruz qalacaqlar

0
532

ABŞ-ın yeni antirusiya sanksiyaları Rusiya xaricindəki şirkətləri də çətin vəziyyətə salacaq. Arazinfo.com-un Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert verdiyi açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiya müdafiə sənayesi kompleksi ilə əməkdaşlıq edən istənilən şirkət sanksiyaya məruz qalacaq.

Dövlət Departamentindən RİA Novosti agentliyinə də bildiriblər ki, Vaşinqton Rusiya ilə ticarət əməliyyatları aparan hökuməti və şirkətlərə yanvarın 29-dən etibarən onlara qarşı sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

BIR CAVAB BURAXIN