Rusiyada ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 48 nəfərə çatıb – VİDEO

0
676

Rusiyanın Kemerovo şəhərində yerləşən “Zimnaya vişnya” ticarət-əyləncə mərkəzində (“Qış albalısı”) baş vermiş güclü yanğın söndürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Məlumata görə, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisində 11 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər itkin düşüb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.

BIR CAVAB BURAXIN