Rusiyada iki amerikalı diplomat zəhərlənib

0
537

Rusiyada Amerika Birləşmiş Ştatlarının (ABŞ) iki diplomatı zəhərlənib. «Azadlıq radiosu» özəl mənbələrinə istinadla xəbər verir ki, Rusiya xüsusi xidmət orqanqları bu insidentlə əlaqəli ola bilərlər. Onlar bununla əcnəbiləri qorxutmaq istəyiblər.

İki amerikalı məmur – qadın və kişi  korrupsiya ilə mübarizə üzrə beynəlxalq konfransın işində iştirak etmək məqsədilə Peterburqa səfər edib. ABŞ müstəntiqləri bu nəticəyə gəliblər ki, qonaqların yerləşdiyi mehmanxananın barında onlara xüsusi preparat veriblər. Preparatlar obyektin hərəkətinin tamamilə və ya qismən itirilməsinə gətirib çıxarır.

ABŞ Dövlət departamenti Rusiya tərəfinə etiraz notası göndərib. Moskvada isə bəyan ediblər ki, zərəhlənməni təsdiqləyən dəlillər yoxdur.

BIR CAVAB BURAXIN