Rusiyada helikopter qəzaya uğradı: 22 ölü

0
455

Rusiyanın “İzvestiya” qəzeti yazır ki, qəza nəticəsində cəmi 3 nəfər sağ qalıb.

Sərnişinlər və ekipaj üzvlərindən 22 nəfər qəza nəticəsində həlak olub.

*   *   *

Rusiyanın Yamal-Nenets muxtar dairəsinin ərazisində, Urenqoy qəsəbəsinin yaxınlığında “Mi-8” təyyarəsi sərt eniş edib.

Virtualaz.org “MegaTyumen.ru” saytına istinadən xəbər verir ki, Krasnoyarsk diyarından Yamaldakı Yeni Uronqoy şəhərinə neftçiləri daşıyan helikopterin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

Ekipaj üzvlərinin bildirdiklərinə görə, helikopter hazırda havaya qalxmaq iqtidarında deyil, sərt eniş nəticəsində 3 nəfər xəsarət alıb.

Xilasedicilər helikopterin olduğu yerə yollanıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten + eleven =