Rusiya XİN: Türkiyənin hərəkətləri Suriyanın ərazi bütövlüyünü şübhə altına alır

0
647

Rusiya tərəfi Türkiyə qoşunlarının və onların dəstəklədiyi silahlı müxalif qüvvələrin Suriya ərazisində irəliləməsindən ciddi narahatdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

“Diqqətə çatdırmaq istəyirik ki, bu fəaliyyət Suriyanın qanuni hakimiyyəti ilə razılaşdırılmayıb və BMT Təhlükəsizlik Şurası buna razılıq verməyib. Bununla da, Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyü şübhə altına alınır. Dəməşqin mövqeyi beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli və doğru mövqedir”, – deyə bəyanatda qeyd olub.

BIR CAVAB BURAXIN