Rusiya XİN-in rəsmi bəyanatı: “Məmmədyarov, Lavrov və Nalbəndyan aprelin 28-də görüşəcək”

0
566
 

Rusiya XİN bu dəqiqələrdə rəsmi bəyanatla çıxış edərək Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirinin Moskvada bundan əvvəl anons edilmiş görüşünün baş tutacağını elan edib.

Virtualaz.org xəbər verir ki, Rusiya XİN-in bəyanatında deyilir: “Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri E.Nalbəndyan aprelin 28-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüş keçirəcəklər”.

Xatırladaq ki, bundan əvvəl erməni mənbələri Nalbəndyanın Moskvaya getməkdən imtina etdiyini yazmışdı.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün təşkili təşəbbüsü Moskvadan gəlib. Ən azından ötən ay Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı ilə görüşdən sonra demişdi ki, Lavrov belə görüşün baş tutması təşəbbüsünü dəstəkləyir. Erməni tərəfi isə bu məsələnin üstündən sükutla keçməyə üstünlük verib.

Ümumiyyətlə son vaxtlar Ermənistan bir neçə dəfə Qarabağa dair müzakirələrdən yayınıb və faktiki olaraq danışıqlar prosesini dayandırıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN