NATO Baş katibi Rusiyanı hədələyib

0
455

Rusiyanın kiberhücumlarından cana doyan NATO bununla əlaqədar qarşı tərəfə analoji qayadada cavab vermək niyyətindədir.

Mediainfo.az-ın verdiyi xəbərə bu barədə “Axios” nəşrinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib. Rusiyanın kiberhücumlarının  artıq NATO üçün ciddi təhlükə mənbəyinə çevrildiyini qeyd edən Stoltenberq rəhbərlik etdiyi qurum tərəfindən informasiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirildiyini deyib: “ Biz Rusiyanın kiberhücumları qarşısında sakit dayana bilmərik və özümüzü müdafiə hüququmuz var. Rusiyanın kiberhücumlarına analoji qaydada,  daha sərt şəkildə cavab verəcəyik”.

BIR CAVAB BURAXIN