Rusiya Vaqnerin ordusunu Qarabağa göndərir

0
774

Rusiya Müdafiə Nazirliyinin Baş qərargahına bağlı Baş Kəşfiyyat İdarəsi (QRU) dünyada vəziyyətin kəskinləşməsindən, münaqişə ocaqlarının sayının artmasından sonra muzdlulardan ibarət xüsusi ordu yaradıb.

Virtualaz.org xəbər verir ki, bu haqda RBC-nın sensasion araşdırmasında deyilir.

Araşdırmada bildirilir ki, “Vaqnerin qrupu” adlı muzdlu ordunu QRU kurasiya edir. Bu haqda Müdafiə Nazirliyindəki və FTX-dəki mənbələr deyiblər. “Vaqnerin qrupu”nun düşərgəsi Krasnodar vilayətinin Molkino xutorunda yerləşir. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunub. Muzdluların bazası 2015-ci ilin ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb. “Vaqnerin qrupu”nun məskunlaşdığı ərazinin sahibi haqda açıq mənbələrdə məlumat yoxdur, lakin qonşuluqdakı ərazilər Müdafiə Nazirliyinin meşə təsərrüfatına Bildirilir ki, 2015-2016-cı illərdə Müdafiə Nazirliyi “Vaqnerin ordusu”una 14.7 milyon rubl xərcləyib. Bura muzdlularla bağlanmış məxfi müqavilələr daxil deyil. Açıq tenderlərin bəzilərini Peterburqdan olan biznesmen-restorançı Yevgeni Priqojin udub. Son iki ildə “Vaqner” Rusiyada Priqojinin adamlarının müşaiyəti ilə hərəkət edib. Biznesmen Rusiya Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirən firmaların sahibidir. Bununla belə “Vaqnerin ordusu”nun həmin firmalar tərəfindən maliyyələşdirildiyinə dair sübutlar tapmaq mümkün olub..

“Vaqnerin qrupu”nun fəaliyyəti barədə ilk dəfə Suriyada eşidilib. Ötən ilin yayında, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi ərəfəsində Latakiyə və Hələb ətrafında muzdlulardan ibarət 2.5 min nəfərlik qruplar yerləşdirilib.Əməliyyata QRU və FTX rəhbərlik edib. 2016-cı ildə isə özəl hərbi şirkətlərin 1000 nəfərdən 1600 nəfərə qədər döyüşçüsü vəziyyətdən asılı olaraq Suriyada olub. Elə Rusiyanın Suriyada verdiyi itkilərin çoxu da muzdlularda ibarətdir. Mənbələr deyirlər ki, indiyədək azı 100 muzdlu həlak olub. Palmiranın azad edilməsində də əsas rol muzdlular oynayıb.

“Vaqnerin qrupu”unun əsgərlərinə pulu nəğd verirlər, onlar rəsmən heç yerdə işə götürülməyiblər, silahların və təchizatın alınması isə məxfiləşdirilib. RBC bildirir ki, həmin xərcləri dövlət və adları açıqlanmayan “yüksək rütbəli biznesmenlər” üzərlərinə götürüb. Suriya döyüşlərində iştirak edən muzdlulara ayda 400-500 min rubl ödənilir. Ölən zabitə görə 1 milyon rubl, əsgərə görə 500 min rubl kompensasiya nəzərdə tutulub. Bunu Müdafiə Nazirliyindəki mənbə deyib.

Araşdırmada daha bir sensasion məlumat yer alır və bildirilir ki, “Vaqnerin ordusu” haqda informasiyaların KİV-lərə sızmasından sonra Müdafiə Nazirliyi Molkinodakı düşərgəni başqa yerlərə, məsələn, Tacikistana, Dağlıq Qarabağa və ya Abxaziyaya köçürməyi nəzərdən keçirir. Müdafiə Nazirliyindəki mənbə deyib ki, istənilən halda “Vaqnerin ordusu”nu ləğv etməyəcəklər.

BIR CAVAB BURAXIN