Rusiya və İsraildən sonra növbə Misirdədir – Nazirlər səviyyəsində görüş ola bilər

0
591

Türkiyənin baş naziri Binali Yıldırım ölkəsinin Misirlə olan əlaqələrinin bərpa edilə biləcəyindən danışıb.Avropa.info xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Binəli Yıldırım Türkiyənin İsrail və Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün atdığı addımlardan sonra Misirlə də əlaqələrin normallaşması üçün addımlar atıla biləcəyini bildirib.

Yıldırım məsələylə bağlı bunları söyləyib: “Misir məsələsi çox aydındır. Demokratiyaya bir zərbə olmuş və prezident Məhəmməd Mursi vəzifəsindən kənarlaşdırılmışdır. Möhtərəm prezidentimiz də bu mövzunu dilə gətirmiş və Mursinin vəzifəsindən uzaqlaşdırılmasını qəbul etmədiyimizi bütün dünyaya bildirmişdi.

Misir ilə eyni bölgədəyik. İstəsək də hər şeyi kəsib ata bilmərik. Coğrafi baxımdan bir şəbəkəmiz və yaxınlığımız var. Ona görə də oradakı rejim dəyişikliyinin şəkli və Mursi başda olmaqla onun qrupuna tətbiq olunan haqsız cəzalar üzərində dayanırıq. Buna baxmayaraq ticarət mövzusunda heç bir maneə yoxdur. Bəlkə gələcəkdə diplomatik əlaqələrin normallaşması üçün də zəmin hazırlanmış olar. Nazirlər səviyyəsində bir görüşün keçirilməsi mümkündür. Biz buna hazırıq.”

BIR CAVAB BURAXIN