Rus siyasətçi Rusiyanın necə parçalanacağını açıqladı

0
431


 

Əgər Rusiya Federasiyası süqut etsə, Kalininqrad vilayəti özünün müstəqilliyini elan edən ilk zona olacaq.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

“Bu, təbliğat savaşıdır. Kreml Litvaya qarşı çoxdan hibrid müharibəsi aparır. Ona görə də Litvanın “Kalininqrad vilayətini Rusiyadan almalıyıq” açıqlamasında təəccüblü heç nə yoxdur. Vilnüs Moskvaya öz metodları ilə cavab verir. Əgər Rusiya Federasiyası süqut etsə, Kalininqrad vilayəti özünün müstəqilliyini elan edən ilk zona olacaq. Bu da həmin ərazinin iqtisadi cəhətdən Avropa Birliyi ilə bağlı olmasıyla əlaqədardır. Üstəlik, süqut zamanı Şimali Qafqaz da müstəqilliyini elan edə bilər. Bundan əlavə, Uzaq Şərq də unudulmamalıdır. Çünki Çin illərdir burada iqtisadi ekspansiya həyata keçirir”, – deyə o bildirib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen − eight =