Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib

0
647

Məşhur braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, Ronaldinyonun Azərbaycana gəlməsinin AFFA ilə əlaqəsi yoxdur.
Məsələ ilə bağlı  “Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, Ronaldinyonu Bakıya “Qəbələ”nin prezidenti Tale Heydərov gətirib.

Ronaldinyonun Bakıya “Qəbələ” futbol klubu ilə əməkdaşlıq üçün dəvət olunduğu bildirilib.
“Bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Ronaldinyo ilə “Qəbələ” klubunun əməkdaşlığına dair mətbuat konfransı keçiriləcək. Konfransda bütün suallar cavablandırılacaq”.

Qeyd edək ki, “Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.
“Barselona”, PSJ və “Milan”ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.
2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək “Qızıl top” mükafatını qazanıb.
FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

BIR CAVAB BURAXIN