Reynaldo Spartak Trnovada oynayacaq

0
384

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo dos Santos Silva özünə yeni klub tapıb.

Arazinfo.com-un xezerxeber-ə istinadən verdiyi məlumata görə, son dəfə Türkiyənin “Adanaspor” klubunda çıxış edən 28 yaşlı vinger karyerasını Slovakiyada davam etdirəcək. Braziliyalı oyunçu ölkənin yüksək liqasında mübarizə aparan Trnava “Spartak”ı ilə müqavilə bağlayıb. “Spartak” Reynaldo ilə yanaşı “Hannover”dən 21 yaşlı kosovolu vinger Valmir Süleymanini də heyətinə cəlb edib.

Qeyd edək ki, Reynaldo 2013/2017-ci illədrdə “Qarabağ”da çıxış edib. Onun Kiprin “Anortosis” klubuna keçidi baş tutmadığı üçün Slovakiya klubuna keçməli olub.

Əlavə edək ki, “Spartak” Fortuna Liqasında 19 turdan sonra 43 xalla liderdir və ən yaxın izləyicisi “Jilina”nı 9 xal qabaqlayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + 20 =