Referenduma görə dərslər dayandırılacaqmı?

0
356

Azərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27-də dərslərin keçirilib-keçirilməcəyinə aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da referendumun keçirilməsi tədrisin işinə mane olmayacaq. Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə sentyabrın 24-də dərslər keçiriləcək. Sentyabrın 27-də də ölkənin bütün məktəblərində tədris normal qaydada davam etdiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum günü qeyri-iş günü hesab olunacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen − five =