Qulu Məhərrəmli istefa verdi – “İşləməyin bir mənası qalmayıb”

0
519

Tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən gedir.

Bu barədə AzNews.az-a Q.Məhərrəmli özü məlumat verib. Şöbə müdiri işdən çıxması ilə bağlı ərizə yazdığını və rəhbərliyə təqdim etdiyini deyib: “İnstitutdan öz istəyimlə uzaqlaşmaq istəyirəm. Artıq ərizə yazmışam. Lakin hələ ərizəmə baxılmayıb”.

Q.Məhərrəmli işdən çıxma səbəbini də açıqlayıb: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, bu institutda işləməyin bir mənası qalmayıb artıq”.

BIR CAVAB BURAXIN