Qüdsdə qarşıdurma: İsrail polisi 2 türkü həbs etdi

0
677

 

 

Qüdsdə Əqsa Məscidinin yaxınlığında baş verən qarşıdurma zamanı İsrail polisi tərəfindən 2 Türkiyə vətəndaşı saxlanılıb.

Axar.az xəbər verir ki, Türkiyə bayrağı həkk olunmuş köynəklər geyinən bir qrup türkiyəli Əqsa məscidinə daxil olmaq istəsə də polis onların qarşısını alıb.

Polis onlardan bayraqlı köynəyi çıxarmağı, əks halda məscidə buraxılmayacaqlarını deyib.

Məhz bu səbəbdən tərəflər arasında yaranan narazılıqdan sonra qarşıdurma baş verib.

Sözügedən türklərin Belçikada yaşadığı və ikili vətəndaşlıqları olduqları vurğulanıb.

 

BIR CAVAB BURAXIN