Qırğızıstan prezidenti səhhətinə görə ABŞ-a gedə bilmədi

0
633

Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək.

Bu barədə bazar ertəsi prezidentin saytı məlumat yayıb.

“Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib”, — deyə sayta yerləşdirilən məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər.

“Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub”, — deyə məlumatda qeyd olunub.

BIR CAVAB BURAXIN