Qırğız hökuməti istefaya göndərildi

0
659

Qırğız Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.
“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.

Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, “Onuquu-Proqres” və “Ata Meken” partiyaları daxil idi. Koalisiya 2012-ci il noyabrın 2-də yaranıb. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayaraq, ittifaqdan çıxması hökumətin dağılmasına səbəb olub.

BIR CAVAB BURAXIN