Qaregin Njde – erməni faşizminin banisi olan insan qəssabı…

0
657

Ermənilər Qaregin Njde adlı insan qəssabına İrəvanda heykəl qoyublar.  Bu şəxs kim idi?  Onun haqqında yazdığım ve Türkiyədə çap olunmuş (İstanbul- Ekim yayınları-2015) “Erməni düşüncə sistemi ve ideolojiləri” kitabımda yer alan  bir məqaləmi  oxuculara  təqdim edirəm.

Mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm,  opdüm, təzim etdim – Tsexakrona çevrildim”.
Bu fikir Qaregin Njdeyə məxsusdur, o adama ki, bütün ömrü boyu türklərə qarşı vuruşub. Bütün həyatını Türkə və Türklüyə zərbə vurmağa “xərcləyib”. Həm savaş meydanında,  həm də ideoloji cəbhədə.  Bir hərəkat və bir də bir millətçi təlim yaradıb ki, bu işi  gelecek ermənilər davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Njde və onun təlimi erməni ideologiyasının Türklüyə mübarizə qaynağıdır. Qaregin Njdeni, 1866-cı ildə İrəvan quberniyasında anadan olan 1955-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanada ölən bu adamı ermənilər milli qəhrəman, “Sünikin (Zəngəzurun) xilaskarı” sayırlar.

Nədir onun yaratdığı təlim? “Tsexakronizm”in mahiyyəti nədən ibarətdir?

Tsexakron – ermənicə  iki sözün–“irq” və “din” kəlmələrinin birləşməsidir. Qaregin Njde (Qaregin Ter- Harutyunyan) tərəfindən  ortaya atılan bu hərakata  Tsexakron, onun ideoloji təliminə isə Tsexakronutyun (tsexakronizm)  adı verilib. Ermənistan Respublikası bu təlimi əsas alaraq  öz dövlət siysətini müəyyənləşdirir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu  Ermənistan Respublikaçılar Partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri  sayır.

O həm də  ermənilərin ən məşhur tarixi şəxsiyyətlərindən biri hesab olunur.  Erməni milli şovinizmini əsrin ilk onilliklərində davam etdirdiyi siyasəti ayaqda tutmaq və onu bütün ermənilər yaşayan yerlərə çatdırmaq üçün  belə bir təlimə ehtiyac var idi-qənaətindədi Ermənistan toplumu.
Burada  əsas məqsəd, Tsexakron ideologiyası çərçivəsidə  guya  erməni millətini, ana köklərindən uzaqlaşmaq təhlükəsi qarşısında qalan  erməni diasporunu və xüsusilə gəncləri  yenidən səfərbər edərək, Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Qaregin Njde öncə savaş meydanında Türklərə divan tutmağa çalışıb. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur. İstədiyinə nail ola bilməyən (əslində ermənilər nə istəmişdilər onu artıqlaması ilə almışdılar) Nyde bu təlimi yaratmağa nə zaman başlamışdı?
1922-ci ildə Təbrizdən gedərək Sofiyaya yerləşmiş olan Njde Türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlayıb. Məsələn, “Lernhayastanın (Dağlıq Ermənistan ) Qəhrəman Müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən səhifələr (Qahirə, 1924)”, “Övladların atalarına qarşı mübarizəsi (Selanik, 1927)” və s.  kitablarında bu təlimin konturlarını müəyyən etmişdi.  Həmin dövrdə və daha sonrakı illərdə Njde, daşnaklar tərəfindən  buraxilan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris)  kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi Türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə  dağılmış ermənilərdə Türklərə və Türkiyəyə qarşı genetik bir nifrət meydana gətirmək idi. Sonra Bolqarıstandan ABŞ-a gedərək, bu təlimi yaymaqla məşğul olmuşdu. Bu “nəzəriyyə” ilə  ermənilər irqçi Tsexakronunu faşizmə yaxınlaşdırırdı.

Tsexakron əslində erməni faşızmıdir və dünya ermənilərinin də Türklərə və Türkiyəyə qarşı davranışlarının təməlində Qaregin Nıjdenin düşüncələri yer alır. Erməni araşdırmaçı Smbat Hovhannisyan özünün  “Tsexakronutyun və faşizm adlı məqaləsində bu təlimi faşizmlə müqayisə edərkən onun daha irqçi olduğunu önə sürür. Bu təlimi irqçi təlim olaraq qiymətləndirənlər çoxdur. Ermənistandan kənarda  bu məsələyə münasibət bildirilməyib və təəssüf ki,  bu mövzuya indiyəcən olan yanaşmalar ibtidai  yanaşma səviyyəsində olub və erməni irqçiliyinin kökündə məhz bu təlimin durduğu açıq- söylənməyib.

Ermənistanda bu təlim yalnız ictimai təsirə sahib deyil, dövlət rəhbərliyinin  də  siyasi xəttini müəyyən edir. Məsələn Ermənistan Respublikaçılar Partiyasının proqramında belə deyilməkdədir: “…partiyamıza əsas düşüncə tərzi Qaregin Njdenin təlimi üzərində  qurulur”.
Bununla da Serj Sarkisyanın partiyasının hansı təməl uzərində qurulduğu  bəlli olur.

Njdenin faşizmə simpatiyası bilinən bir gerçəkdir. O faşist Almaniyası ilə əməlli- başlı ilişki içərisində olmuş və ordu quraraq Sovet hökumətinə qarşı vuruşmuşdur. Bununla və digər məsələlərlə bağlı verəcəyimiz  şərhlərdə bu açıqca görünəcəkdir ki, Njdenin təlimi irqçidir, insanlıq əleyhinə yönəldilmişdi.  Öncə Njdeni tanımağa ehtiyac var. Kim idi bu təlimi yaradan şəxs? Onda türklərə bu qədər nifrət haradandi?

Qaregin Njde 20 yanvar 1866-cı ildə İrəvan quberniyasının  Naxçıvan qəzasında anadan olmuşdu. 1902-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulmuşdu. Sonra  İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alıb, ardınca Sofiyadakı zabit məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Murad Sebastatsinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə girir. Eyni vaxtda Qaregin “Daşnaksütyun”a üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə silah almaq məqsədi ilə Rusiyaya (Qafqaza) gedir. Njde burada həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır.  Balkan müharibəsində Osmanlı İmperiyasına qarşı döyüşlərdə iştrak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir. Birinci Dünya Müharibəsi başlayanda Rusiya İmperiyasının Sofiyadakı səfirliyinə gələn  Qaregin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın (Dro) başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georqi xaçı ilə təltif olunur. Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhpərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.

Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştrak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında qedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet Ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet Ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Meğri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan qırmızı ordunu əsas güvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın “ali baş komandanı” elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən Sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.

Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana, türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ–da Njde “Tsexakron” hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə “Daşnaksütyun”un sıralarından ayrılır. Faşist Almaniyası ilə əlagələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro (Draztamat Kanayan) ilə birlikdə Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı “Erməni milli şurası”nın 7 üzvündən biri və “Azad Ermənistan” qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet Ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini bildirir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu qeyd edir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək, Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Komitəsinin həbsxanasında qaldıqdan sonra Njde Yerevana göndərilir. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölür.

2004-ci ildə Ermənistanda, indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Qaregin Njdenin Təlimi” kitabı hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. (“Qaregin Njde i eqo uçeniya” İzdatel, Respublikanskaya Partiya Armenii , Yerevan-2004)

Bu gün kasıb Ermənistanın  müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi “milli qəhrəman” Qaregin Njde haqqında çəkilib (2013-dən nümayiş olunur).
Filmdə ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njdenin 1930-cu illərdə “Tsexakron” (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Eyni zamanda, onun Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxs olduğuna işarə vurulur. Bu faktlar filmdə heç  göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı “ təmizə çıxarılır.

Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə veriblər. Njdenin və onun cəfəng “ideologiyasının” ölkəni idarə edən Respublikaçılar Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi  erməni toplumunun nə vəziyyətdə olduğunun sübutudur.

Erməni irqçi yaddaşı, Tsexakron özü də  heç bir əsası olmayan bir qorxu üzərində qurulub – sanki 20-ci əsrin sonunda  azərbaycanlılara qarşı törədilən vəhşiliklərin etiraf edilməsi hər hansı bir şəkildə 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən erməni soyqırımının tarixi həqiqətini və mənəvi iyrəncliyini sarsıdacaq- fikri hamının başı üstündə asılmış Domokl qılıncıdır.  Bu qılınc bu gün xəyali  Njdenin  əllərindədir. Ermənilər bu filmə  hələ çox baxacaqlar və onun bu fikrini hər zaman özlərinə hələ çox yolgöstərən hesab edəcəklər: “Bizim bəlamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, Türksevər ermənilər vardır”.
Gerçəkdən ermənilər arasında türksevərlər varmı? Demək çox çətindir. Türkiyədə Orxan Pamuklar çoxdur. Bizdə Əkrəm Əylisli adında birisi erməni heyranı kimi peyda oldu.  Amma Ermənistanda Türkə simpatiya bəsləyən bircə nəfər olsa, bu ölkədə yaşaya bilməz. Bu həqiqətə sığınaraq söyləmək mümkün ki, bu ölkədə türk yaşamırsa, demək xalqın söykəndiyi təlim faşist təlimdir. Çünki Njdenin ideologiyası bu gün bu ölkədə türkün yaşamasını  mümkün etmir.

Dediyimiz kimi,  Njde 1930-cu illərdən başlayaraq adıçəkilən təlimi önə sürməyə başlamışdı. 1932-ci ildə Bolqarıstanda  nəşr etdirdiyi “Soy Ruhunun Hərəkatı” adlı kitabı və daha sonra “Xrofk” jurnalında çıxan “Tsexakronutyun  bir zəfər gücüdür” adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya qoyub.

1933 -cü ildə Parisdə daşnakların 12-ci Konqresi olmalıydı. Konqresə Njde tərəfindən təqdim edilən erməni diasporunun antitürk ruhunda olan sənədlər, bildirişlər, təlimatları üç əsas prinsipi ehtiva edirdi :

  1. Erməniliyin xaricdə funksional  fəaliyyətini genişləndirərək onu  Ermənistanı müdafiə etmək qabilyyəti durumuna gətirmək.
  2. Erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək.
  3. Bütün gücləri Türkiyəyə qarşı bir cəbhəyə sövq etmək.

Bu tezisləri həyata keçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-a göndərilmişdi. Artıq Njdeye iki vəzifə verilmişdi, qısa müddət içərisində  o Amerika Birləşmiş Ştatlarında Tsexakron hərəkatını yaratmalı idi. Bundan başqa ona başqa bir tapşırıq da verilmişdi. Erməni terrorçu  Kopernik Tandırçyanla  birlikdə Türkiyənin ABŞ-dakı səfiri Muxtar bəyə sui-qəsd etməli idi.

Nə idi Tsexakronutyunda onun aşılayacağı ideyalar?

Tsexakron təlimi aşağıdakı kimi inşa edilir: “Mən öz soyumu  (tsex) bilirəm, mən öz  nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır, ali irqdir, mən cismimdə Tsexarakonu daşıyıram”.
Bu cəhətdən Tsexakron faşizmlə eyniləşir. Maraqlıdır ki,  eyni illərdə İtaliyada faşizm, Almaniyada isə milli sosializm düşüncələri ictimai kütlələrə sirayət etməyə başlamışdı. Başqa bir deyişlə, Ermənistan o dövrdə müstəqil bir  dövlət qalsaydı, bir erməni  faşist quruluşundan bəhs edəcəkdik. Əslində XXI əsrin diqtə etdyi meyarlara bugünkü erməni dövləti əməl etmək, ona uyğunlaşmaq istəmir. Bir çox məsələlərə münasibətdə yenə də faşist yanaşmanı açıqca görmək mümkündür. Dövlət bu gün də Njdenin məlum təlimi ilə yönləndirilirsə,  demək  nasional sosializmdən hələ uzaqlaşa bilməyib.

Ermənistan Respublikaçılar Partiyasının ermənicə və rusca çap etdirdiyi  “Qaregin Njde və onun təlimi” (Yerevan-2004)  kitabında  qeyd olunur ki, II  Dünya Müharibəsi başlanarkən Njde bilirdi ki, Avropa ölkələrində antierməni ovqat güclənmişdi və almanlarda belə bir fikir vardı ki, ermənilər Almaniyanın düşmənlərinə yardım edərlər. Ermənilərin də yəhudilərin taleyini yaşayacaqlarından ehtiyatlanan Njde hərəkətə keçərək almanlarla əlaqəyə girir, Bolqarıstan və Rumıniyada ermənilərin qovulub çıxarılmasının qarşısını alır. Rumıniya baş naziri Antoneskunun erməniləri toplu halında yaşadıqları yerlərdən çıxarılması əmri vardı. 1942- ci ildə Njde Berlinə gedərək, ermənilərin almanlara sədaqətli olacaqlarını sübut edən materiallar aparır. Bu materiallar sonradan onun həbs olunaraq 25 il cəza almasına səbəb oldu. O, Berlində Dro ilə də görüşmüşdü. Dro da almanların yanında olan erməni liderlərdən idi.  Həbsdən sonra baxın nə edir bu ideoloq. Sovet hökümətinin Türkiyəyə heç də yaxşı olmayan münasibətlərindən istifadə edən Njde 1947-ci ildə təklif edir ki, “Xaricdə yaşayan ermənilərin hərbi-siyasi təşkilatı” yaradılsın.
O, həm də Türkiyənin Şərqindəki vilayətləri SSRİ-yə (Sovet Ermənistanına) birləşdirməyi təklif edir. Amma bu qəbul olunmur. Sovet höküməti bu cinayətkarla əməkdaşlıq etmir. “Qaregin Njde və DTK” adlı kitabında yazar Ustyan qeyd edir ki, Njdenin məramı ilə sovetlərin məqsədləri ilə üst-üstə düşmür. (Aydın İbrahimov  “Tsegakron Öğretisi yahut Biz Kimlerle Masaya Oturuyoruz” məqaləsi…)

Njdenin Tsexakron təliminə görə, hər bir erməni bütün həyatı boyunca “Qərbi Ermənistanı” dedikləri ərazini türklərin əlindən alınmasına çalışmalıdır. Onun qurduğu “Tsexakron Uxter” (1933) adlı qurumu da bu ideyanın həyata keçməsinə çalışacaqdı. Bu təlim “Tsexakron Uxter”  erməni gənclər təşkilatının nüvəsi olacaqdı. Onun özünün nizamnaməsi və proqramı da hazırlanmışdı. . “Tsexakron Uxter”in  devizi belə idi: “Ermənistan ermənilərə”. Bu deviz daha sonralar da həyata keçirilərək Ermənistanı monoetnik dövlətə çevirdi. Bu ölkədə bir nəfər də olsa digər xalqa mənsub adamın yaşamaması dediyimizin sübutudur. Ermənistan deyincə, burada yalnıız indiki  Ermənistan nəzərdə tutulmurdu. “Qərbi Ermənistan” dedikləri Türkiyənin 6 Şərqi Anadolu  vilayətləri də buraya aid edilirdi. 

“Mən Yer kürəsindəki ilahi izləri öz soyumda  oxudum, gördüm, opdüm, təzim etdim və Tsexakrona çevrildim” deyərkən Njde ermənilərin ilahi soydan gəldiyini iddia edir və qeyd edir ki, “soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi əsrlərin şahididir, o əbədi  olaraq ermənidir, Allahın  ortağıdr”.  Ona görə, soy ruhun və qanın sintezidir, psixoloji anbardır və eyni zamanda bioloji quruluşdur, insan etnosuna bir-birindən fərqlilik, özünəxaslıq xarakteri verir. Onun fikrincə, Tsexakronutyun bu cəhdləri qoruyub saxlamaq üçün soyun əlində bir əbədi varlıqdır. Qeyd edilirdi ki, erməninin özünüdərki üçün bu təlimə inam da aşılanmalıdır. Kronçular bunu etməlidirlər.

Tsexakron müqəddəs soyu tanıyır və elan edir: “Erməni olmağa o adam layiq deyildir ki, onun üçün bizim planetdə “erməni” kəlməsindən daha üstün şeylər vardır”.

Və yaxud “erməni olmaqdan əvvəl də sən erməni olmalısan!”,  “erməni öz tarixində ermənidən daha öncə adam  olmuşdur, bu xüsusiyyətinə görə də onun faciələri qaçılmaz olmuşdur”.

Njdeyə görə, erməni xalqı aşağıdakı kultlarla həyatını davam etməlidir:
Vətən kultu, qan kultu, dil kultu, vətən uğrunda öz həyatını qurban etmə kultu, ulular kultu, güc kultu, öndər kultu.
Erməni üçün dəyişməyən prinsiplər də bunlardan ibarətdir:

Vətən  kultu: Erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci bütün səyini Ermənistanın ərazisini genişləndirməyə sərf etməli və  onun bundan  böyük xoşbəxtliyi olmamalıdır.

Qan kultu: Tsexakronatyun qan təmizliyini əsas qanun olaraq qəbul edir və digər xalqlarla evliklərin əleyhinədir.

Dil kultu: Tsexakronutyun hər bir erməninin bir-biriylə danışarkən yalnız erməni dilini istifadə etməsini önərir. Erməni dilini bilməyən soyun nümayəndəsi olaraq qəbul edilə bilməz. Yəni erməni düşüncəsi böyük ölçüdə dilə bağlıdır, əgər dil olmasa və xaricə dağılmış erməni birliyini təmin etmək mümkün olmaz .(Ndje bolşevik zülmü altında yaşayan erməniləri  özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diaspora bağlayırdı).

Öz həyatını qurban etmə kultu: Soyunu  qorumaq üçün bu yolda ölmək bir şərəfdir və  “… Aslan kimi mübarizə etməliyik”.

Ulular kultu: Tsexakronutyun nəsillər arasında əlaqələrin davam etməməsini ən böyük çatışmazlıq olaraq qəbul edir. Xüsusilə ana vətən torpaqları üzərində fəaliyyətin davamı yeni nəsil üçün qida qaynağı olmalıdır.

Güc kultu: Tsexakronutyun gücə xüsusi  yer verir. Njdeye görə, güclü qazanan olar, haqlı olmaz; dünya güclü olanın qarşısında boyun əyər.

Öndər kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. Tsexakronutyun soy üzvlərinin öndərinin iradəsinə tabe olmasını tələb edir. O yazırdı:“Ermənilik nə vaxtsa Türkləri bağışlayacaq, amma onun qarşısında diz çökmədən, onu diz çökdürərək…”.

Ermənilik (armenizm) Njdeyə görə, hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeyin fövqğndədir”.

Buna görə də  Tsexakronutyun ermənilərin maraqlarını hər hansı xalqın mənfəətlərindən daha üstün tutar. Məsələn, Tsexakron hərəkatının  ilk  nizmnaməsinin ana səhifəsi bu şüarla başlayır: “Lozanna? Xeyr, heç bir zaman qəbul edilə bilməz”.Və fikir  belə davam edir: “Bir xalqın ana torpağı digər xalqın daimi vətəni ola bilməz”.

Tsexakronutyun yalnız ermənilərin torpaq üçün vuruşmağa hazır olmasını tələb etməz, bu təlim daha irəli gedərək, ermənilərdən türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansı üsulla olursa-olsun yox etməliyik”. Bunun artıq faşizm olduğunu Njde özü də danmır. Təlimin bu nöqtələrini  şərh edərkən deyir:
İtalyanların faşizmi var, almanların nazizmi, yəhudilərin isə sionizmi… Ermənilərinsə Tsexakronu var… Biz 1919-cu ildə bu fikirləri meydana gətirərkən, Mussolini öz düşüncələrini daha yeni-yeni kəşf edirdi… Hitler ərazilərin genişlənməsinin təzahürünü hələ təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun Ana torpağı olan erməni dağlıq bölgəsini (Şərqi Anadolu, Kilikiya və Qafqazın böyük bir ərazini əhatə etməkdədir) geri vermək istəyirik… Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə Türklərdir, Onlar erməniləri yer üzündən silirlər və məmləkətimizin  torpaqların böyük hissəsini ələ keçiriblər”.

Bax bunlardır Njdenin irqçi təliminin bəzi məqamları. Bunlarla tanış olandan sonra ermənilərin ərazi iddialarının mənbəyinin hardan gəldiyi  məlum olur. Ona görə də erməni xalqı üçün bu şəxs çox qiymətli birisi olaraq təbliğ olunur.

Aşağıdakı mətn Qaregin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, erməni millətindən olan  mayor Melkumyan hazırlayıb. Bu sənəddə Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanış olmaq faydalıdır. Njdenin nə qədər qəddar və faşist görüşlü cinayətkar  olduğunu ortaya qoyur.

“…Bolqarıstanda yaşayarkən Ter-Harutyunyan “Daşnaksütyun”un rəhbəri kimi, SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941- ci ildə alman kəşfiyyatı ilə əlaqə yaradıb və almanların göstərişi ilə Balkan yarımadasında millətçilərin arasında, agentura şəbəkəsi yaradılması ilə məşğul olub. Njde, yəni Ter-Harutyunyan almanların Berlində yaratdığı “Erməni Milli Şurasnın” üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlar və bir sıra digər sənədlərə əsasən, 2 noyabr 1944-cü ildə Qaregin Ter-Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Harutyunyan 1908-ci ildən 1937-ci ilə qədər “Daşnaksütyun” partiyasının üzvü olub, 1918 ci ildə daşnak hökuməti tərəfindən millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı güvvələrin komandanı, 1921-ci ildən isə baş naziri olaraq, Sovet Ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir. Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval-ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə NN 251-253, 257-259, 263-266, 355-359, 360, 364-369).
1933-cü ildə müttəhim Ter-Harutyunyan ABŞ-a yollanıb və orada daşnak gənclər təşkilatı olan “Tsexakron” təşkilatını yaradıb. İrqçiliyi təbliğ edən təşkilat mahiyyət etibarı ilə faşist təşkilatıdır. Müttəhim Q.Ter-Harutunyan Sovet İttifaqının barışmaz düşməni kimi 1941-ci ildə özünün yaxın tanışı olan alman agenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının Balkanlardakı rəhbəri “Doktor Delius” təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub və burada SSRİ-yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olub.
(Cild I səhifə NN 22-29, 31-33, 37-44, 45-48, 66, 68-88, 93, 157, 208-302, II cild səhifə NN 192-195, 311, 318, 320, 327, 332, 352).
Bundan sonra Harutyunyan alman kəşfiyyatçısı mayor Drumyun göstərişi ilə, 1942 ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk (“Smerş” tərəfindən həbs olunmuşdur) vasitəsilə Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə göndərmişdir. Burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyat-təxribat məktəbində təlim keçərək Krıma qöndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi. Alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər. (Cild I səhifə NN 1574, 155, 158-165; Cild II səhifə NN 49-51, 59-62). 1943-cü ilin avqustunda Qaregin Ter-Harutyunyan Krıma qələrək, yuxarıda göstərilmiş kəşfiyyatçı-təxribatçıların qarşısında çıxış edərək, onları almanların bütün göstərişlərini yerinə yetirməyə çağırmışdır. (Cild II səhifə NN 309, 310).
Müttəhim Ter-Harutyunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı “Erməni milli şurasının” tərkibinə daxil olub. Şuranın məqsədi SSRİ-yə qarşı mübarizədə Almaniyaya yardım etmək və Ermənistanda Almaniyanın protektaratı ilə millətçi-burjua hokumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-71 Cild I səhifə NN 245-248, 352).
Özünü qismən günahkar hesab edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter-Harutyunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatı bitməsi, və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR-in C.P.M. 200-cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR-in DİN qoşunlarının hərbi prokuroru vasitəsilə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin nəzdində, xüsusi məşvərətin dinləmələrinə göndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi 25 illik həbs cəzası təklif edilir. İttiham aktı 10 mart 1948 ci ildə tərtib olunmuşdur.
Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin birinci idarəsinin üçüncü bölməsinin rəsisi mayor Melkumyan”.

Naxçıvan və Zəngəzurda saysız-hesansız cinayətlər törətmiş Njde Ermənistanın milli lideridir, qəhrəmanıdır. Ermənistanda o adamlar qəhrəman sayılır ki, onlar çoxlu türk qırıblar, Njde də onlardan biridir. Buradakı cinayətlərinin üstünün açılacağından qorxaraq, 1920-ci ildən sonra Bolqarıstana qaçan Njde oranın vətəndaşlığını qəbul edib. 1933-cü ildə Türkiyənin ABŞ-dakı səfiri Muxtar bəyə qarşı planlaşdırılan terror dəstəsinə qoşulub. Sonra nasist Almaniyasına gedərək faşistlərə qoşulub və general rütbəsinə yüksəlib. 1942-ci ildə faşist ordusunun tərkibində erməni dəstələri yaradıb. Sofiya Sovet Ordusu tərəfindən tutulduqdan sonra o, həbs edilərək SSRİ-yə gətirilib. 1955-ci ilə kimi Moskva, İrəvan, Vladimir və Daşkənd türmələrində saxlanılıb. 1955-ci ildə Vladimir türməsində ölüb. Meyiti 1983-cü ildə gətirilərək Qafandakı Spitakvor kilsəsinin həyətində basdırılıb. Njde qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən türklərin yaşadığı Süniki, yəni indiki Zəngəzuru işğal edərək Ermənistana birləşdirməsi ilə həmişə fəxr edib.  Bu günə qədər Zəngəzur da erməni işğalı altındadır. Njde hardan keçmişsə, orada qan izi buraxmışdır.
1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı əzabla, vəhşiliklə qətlə yetirib. Pnun bu “şücayət”inə görə Bolqarıstanla Yunanıstanın hərbi ordenlərini almasından dəhşətə gələn Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı məktubunda yazırdı: “…Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu “sevmələrini” tələb edib, özü qadın paltarı geyib və səhərədək “təcavüzə” məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq”.

“Tsexakron” adlı ifrat millətçi təşkilatı yaradanda məşhur daşnak Manuçar Sukiasyan demişdi: “Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişi Njde bizə cəsarət və kişilik dərsi keçir”.

Baxın,  bu şəxsi ermənilər öz millətlərinin öndəri sayırlar və ona heykəl qoyurlar. Dəfələrlə söyləsəm də yenə təkrar edirəm: Cinayətkarı özünə qəhrəman seçən millət bədbəxt millətdir!

BIR CAVAB BURAXIN