Qardaşının nazir olduğunu bazarda öyrəndi – Nazirin tərəvəz satan bacısı

0
351

Türkiyənin yeni seçilən nazirinin bacısı xoş xəbəri bazarda öyrəndi. Ans press-in “Hürriyyət”ə istinadla verdiyi məlumata görə, elm, sənaye və texnologiya naziri olan millət vəkili Faruk Özlünün bacısı Düzcə rayonun Topçular kəndində bazarda çalışır. Mürvet Çolak bazarda tərəvəz satır. Qardaşının nazir olduğunu da o məhz piştaxta arxasında olarkən alıb.

63 yaşlı qadına xoş xəbəri bazar yoldaşları veriblər. “Vətənə, millətə xeyirli olsun. Çox sevindim. Qardaşım işgüzar, dürüst, tutduğunu qoparan adamdır. Çox çalışqan olduğu üçün gözləntimiz də çoxdur. Düzcə xalqı onu çox sevir. Ona görə də deputat seçib”.

Beş bacı-qardaş olduğnu deyən qadın nazir qardaşının onlara tez-tez baş çəkdiyini bildirib. Onun sözlərinə görə, atası hər zaman onları dövlətin yolunda çox çalışmağa səsləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 − twelve =