“Qanuni ogru”lar Sarkisyanın əmrini yerinə yetirməkdən imtina etdilər

0
526

Ermənistan hakimiyyətinin xüsusi tapşırıqlarını yerinə yetirməkdən imtina edən erməni “qanuni oğru”ları onun qəzəbinə tuş gəlib və ölkədən deportasiya olunublar.

Kriminal aləmdən xəbərlər üzrə ixtisaslaşmış “Praym Kraym” nəşri xəbər verir ki, 51 yaşlı Aleksandr Makaryan (Alo) və 37 yaşlı Norayr Piloyan (Konço) Türkiyəyə deportasiya olunublar.

Nəşr qeyd edir ki, bu, Ermənistan hakimiyyətinin son onilliklər ərzində öz “qanuni oğru”larına arxa çevirdiyi ilk haldır.

“Əldə etdiyimiz məlumatlara görə, bu günlərdə hakimiyyət himayə etdiyi avtoritetlərdən tələb edib ki, uzun illər sakit yaşadıqlarına görə “borclarını” qaytarsınlar: iyulun 17-də Yerevanın Erebuni rayonundakı polis məntəqəsini ələ keçirmiş müxalif üsyançılar haqqında özlərinin ölüm hökmünü çıxarsınlar və onları “suka” elan etsinlər. Yeri gəlmişkən, 46 yaşlı “qanuni ogru” Gevork Melikyan (Gevorik Oşakanski) – hansı ki, arxasında Gümrüdən olan daha iki “ogru” – 48 yaşlı Andranik Soqoyan (Zap) və 43 yaşlı Suren Avetisyan (Suro)” durur, – həbs olunan üsyançıların saxlanıldığı həbsxananın baxıcısına məhz bu cür tələblə yaxınlaşıb. Ancaq “qanuni oğru”lar Rafael Xoetsyan (Afo), Samvel Arutyunyan (Samo), eləcə də onlara yaxın Alo və Konço öz kriminal qardaşlarını siyasətə girişdiklərinə görə qınayaraq bu əmri icra etməkdən imtina ediblər”, – deyə nəşr yazır.

Şayiələrə görə, ogru aləmində bu parçalanma siyasi oyunlarda iştirakdan imtina etmiş daha bir yerevanlı “oğru”, 36 yaşlı Jirayr Brutyanın (Jiro) döyülməsi və Zapo, Suro və Kobo Rustavski tərəfindən səlahiyyətlərinin əlindən alınması ilə müşayiət olunub.

Beləliklə, Ermənistanın kriminal avtoritetləri hakimiyyətin həbs olunmuş üsyançıları öldürmək əmrini yerinə yetirmədiklərinə görə özləri olduqca çətin vəziyyətə düşüblər.

Virtualaz.org

BIR CAVAB BURAXIN