“Qalatasaray”nəhayət ki, qələbə qazandı

0
647


 

İstanbulun “Qalatasaray” komandası üç oyunluq qələbə həsrətinə “Antalyaspor” ilə oyunda son qoyub. İstanbullular Türkiyə Super Liqasının 23-cü turunda Antalyada 3:2 hesabı ilə çətin qələbə qazanaraq xallarının sayını 43-ə çatdırıblar.

Axar.az xəbər verir ki, “Qalatasaray” matçın 24-cü dəqiqəsində Brumanın qolu ilə hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Eren Derdiyok komandasının üstünlüyünü iki topa çatdırıb – 0:2. Lakin birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Mbilla bu fərqi azaldıb – 1:2.

Fasilədən sonra – 53-cü dəqiqədə “Antalyaspor” Danilonun qolu ilə hesabı bərabərləşdirib – 2:2. Oyunun 84-cü dəqiqəsində istanbullular meydanda sayca azlıqda qalıblar. Hakim kobud oyuna görə ilk qolun müəllifi Brumanı ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan kənarlaşdırıb. Lakin “Qalatasaray” oyunun qələbə qazana bilib. Matçın əsas vaxtına əlavə edilən hissənin sonunda – 96-cı dəqiqədə cərimə zərbəsindən ötürülən topu tora göndərən Eren Derdiyok ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 2:3.

Beləliklə, “Qalatasaray” üç oyunluq qələbə həsrətinə son qoyaraq qalibiyyətə sevinib. İstanbullular bu oyundan əvvəlki üç görüşdə iki dəfə məğlub olub, bir oyunda isə heç-heçə etmişdilər (“Kayserispor” – 1:2, “Rizespor” – 1:1, “Beşiktaş” – 0:1). Hazırda 43 xalı olan “Qalatasaray” çempionatda üçüncü yerdədir. “Beşiktaş” 53 xalla birinci, “İstanbul Başakşehir” 49 xalla ikincidir. “Fənərbağça” isə 41 xalla dördüncü sıradadır.

 

BIR CAVAB BURAXIN